"Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır" - ŞƏRH EDİLDİ

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak etməsi Azərbaycan və Türkiyənin qardaşlıq, dostluq əlaqələrinin inkişafının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə həmişə Türkiyə Azərbaycanın yanında oldu: “Türkiyə Azərbaycana öz siyasi, mənəvi dəstəyini göstərdi. Həmin dövrdə Azərbaycana təzyiq cəhdləri var idi. Bu baxımdan Türkiyənin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə münasibətləri bu gün sürətlə inkişaf edir. Bu birlik, əməkdaşlıq ölkəmizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.

Qarabağın açarının verilməsinin siyasi bir əhəmiyyəti var. Bu ondan ibarətdir ki, bu gün bu ərazilərin sahibi, bu ərazilərdə aparıcı mövqe Azərbaycan ilə Türkiyənin mövqeyidir. Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir əməkdaşlıqdan, qlobal layihələrdən söhbət gedə bilməz. Heç kim Azərbaycanın qazandığı qələbəyə kölgə sala bilməz. Bu gün Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə davam edir. Təbii ki, bu əlaqələrin inkişafında cənab prezidentin və Türkiyə prezidentinin müstəsna xidmətləri var. Onlar arasında olan qardaşlıq, dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına öz ciddi töhfəsini verir. Bu gün Azərbaycanın Qarabağda əldə etdiyi zəfər daha da möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır. Cənab Rəcəb Tayyib Ərdoğanın bu gün Füzuli rayonuna səfəri ikitərəfli əlqələrin daha da güclənməsinə, Azərbaycan-Türkiyə münasibətlərinə öz ciddi təsirini göstərəcəkdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...