"Azərbaycan Respublikası müstəqilliyin bərpasından 30 il sonra" - FOTOLAR

İtaliya Senatının "Sala Caduti di Nassirya" mətbuat konfransı zalında "Azərbaycan Respublikası müstəqilliyin bərpasından 30 il sonra" adlı keçirilmiş mətbuat konfransı İtaliya mətbuatının geniş diqqət mərkəzində olub. SİA-nın məlumatına görə, mətbuat konfransında İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Vito Petroçelli, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, həmin Assosiasiyasının sədr-müavini senator Maria Rizzotti və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin səsləndirdiyi fikirlər ilə bağlı İtaliya mətubatında çoxsaylı məlumatlar dərc olunub.

İtaliyanın Askanews xəbər agentliyinin həmin mətbuat konfransı ilə bağlı yaydığı video və yazılı reportajlar İtaliyanın İl Sole 24 Ore, İl Giornale dell’Italia, İl Tempo, Libero Quotidiano, Today, Quotidiano Nazionale, MSN, Notzie Tiscali, Notizie Yahoo, Finance Yahoo, Timgate, Virgilio və digər kütləvi informasiya vasitələri tərəfindən də yayımlanıb. Radio Radicale radiosunun internet saytında mətbuat konfransının videoyazısı yerləşdirilib. Agenzia Nova xəbər agentliyi və həmin agentliyə bağlı Nova News saytı, habelə Kmetro0 və Giornale Diplomatico kimi mətbuat orqanları mətbuat konfransında natiqlərin fikirlərini və Azərbaycan Səfirliyinin mətbuat konfransının yekunlarına dair mətbuat açıqlamasını dərc ediblər.

Dərc olunmuş məlumatlarda mətbuat konfransında natiqlərin müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi yol, müstəqillik illərində ölkəmizin qarşılaşdığı ağır siyasi, iqtisadi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır nəticələri, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən strateji kursu sayəsində ölkəmizin siyasi sabitlik və sosial-iqtisadi inkişaf yoluna qədəm qoyması, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Azərbaycanın regional liderə çevrilməsi, Azərbaycanın multikulturalizm modeli və dünyada sivilizasiyalararası dialoqun təşviqindəki rolundan bəhs etdiyi bildirilir.

Habelə məlumatlarda mətbuat konfransında ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olan ərazilərin azad olunması, həmin ərazilərin işğal dövründə Ermənistan tərəfindən sistematik olaraq dağıdılması, viran edilməsi, dünyanın ən minalanmış bölgələrindən birinə çevrilməsi, ərazilərin bərpası və yenidənqurulması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr və bu istiqamətdə İtaliya ilə əməkdaşlıq mövzularının xüsusi diqqət mərkəzində olduğu bildirilib.

Məlumatlarda natiqlərin, habelə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, bu tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan addımlar, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, 2018 və 2020-ci illərdə dövlət başçılarının qarşılıqlı dövlət səfərləri, enerji, ticarət, sərmayələr sahələrində geniş əməkdaşlıq, humanitar, mədəniyyət, təhsil sahələrində intensiv mübadilələrdən danışdıqları, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının Azərbaycanın Avropa İttifaqı ölkələri arasında unikal tərəfdaşlıq kimi dəyərləndirildiyi bildirilib.

Mətbuat konfransı, habelə İtaliya mətbuatı ilə yanaşı, İtaliya Senatının televiziya kanalı və sosial şəbəkə profilləri ilə də canlı olaraq yayımlanıb.

Mətbuat konfransı ilə bağlı məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.askanews.it/video/2021/10/22/italia-azerbaigian-un-partenariato-strategico-unico-nellue-20211022_video_12520856/

https://stream24.ilsole24ore.com/video/mondo/italia-azerbaigian-partenariato-strategico-unico-ue/AEXdtrr

https://www.iltempo.it/tv-news/2021/10/21/video/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell-ue-29158400/

https://www.liberoquotidiano.it/video/tv-news/29158398/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell-ue.html

https://www.today.it/video/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell_ue-7gd5k.askanews.html

https://it.finance.yahoo.com/video/italia-azerbaigian-un-partenariato-strategico-160556355.html

https://it.notizie.yahoo.com/italia-azerbaigian-un-partenariato-strategico-160556355.html

https://timgate.it/video/topvideo/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell-ue.vum

https://www.ilgiornaleditalia.it/video/video/303268/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell-ue.html

https://www.quotidiano.net/esteri/video/italia-azerbaigian-un-partenariato-strategico-unico-nell-ue-1.6949427

https://www.msn.com/it-it/money/notizie/italia-azerbaigian-un-partenariato-strategico-unico-nellue/vi-AAPQ7WD

https://notizie.tiscali.it/esteri/articoli/italia-azerbaigian-partenariato-strategico-unico-nell-ue-00002/

https://video.virgilio.it/guarda-video/italia-azerbaigian-un-partenariato-strategico-unico-nellue_bc6278348170001

https://www.radioradicale.it/scheda/650710/la-repubblica-dellazerbaigian-a-30-anni-dal-ripristino-dellindipendenza

https://www.askanews.it/esteri/2021/10/21/italia-azerbaigian-un-partenariato-strategico-unico-nellue-pn_20211021_00223/

https://www.nova.news/azerbaigian-ambasciatore-ahmadzada-opportunita-per-aziende-italiane-da-piano-di-ricostruzione/amp/

https://notizie.tiscali.it/esteri/articoli/italia-azerbaigian-partenariato-strategico-unico-nell-ue-00001/

https://it.notizie.yahoo.com/italia-azerbaigian-un-partenariato-strategico-182621742.html

https://it.sports.yahoo.com/notizie/italia-azerbaigian-un-partenariato-strategico-182621742.html

https://www.agenzianova.com/a/6171d3b0e732e6.09534278/3650487/2021-10-21/italia-azerbaigian-petrocelli-m5s-paesi-uniti-da-partenariato-strategico-multidimensionale

https://www.agenzianova.com/a/6171dc25981e94.03340597/3650390/2021-10-21/italia-azerbaigian-senatore-lucidi-paesi-complementari-e-collaborazione-sinergica

https://www.agenzianova.com/a/6171dc40bd6d93.62364902/3650413/2021-10-21/italia-azerbaigian-ambasciatore-taffuri-ricostruzione-offre-opportunita-per-aziende-italiane

https://www.agenzianova.com/a/6171dc5d6ccf82.83019380/3650577/2021-10-21/italia-azerbaigian-petrocelli-m5s-a-nova-rapporti-bilaterali-gia-ad-altissimo-livello

https://www.agenzianova.com/a/6171dc70a7aa10.04915569/3650606/2021-10-21/caucaso-ambasciatore-azerbaigiano-ahmadzada-oggi-nuova-situazione-geopolitica-nella-regione

https://www.agenzianova.com/a/6171dc980b2040.86737419/3650675/2021-10-21/azerbaigian-ambasciatore-ahmadzada-opportunita-per-aziende-italiane-da-piano-di-ricostruzione

https://kmetro0.it/2021/10/21/senato-conferenza-lazerbaigian-a-30-anni-dal-ripristino-dellindipendenza-21-ottobre/

https://www.giornalediplomatico.it/senato-conferenza-arepubblica-azerbaigian-a-30-anni-da-ripristino-indipendenzaa.htm

Bütün xəbərlər Facebook səhifəmizdə