Gələn ay Bakıda Qlobal Forum keçiriləcək

Gələn ay Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçiriləcək.

SİA-nın xəbərinə görə, tədbir noyabrın 4-dən 6-dək davam edəcək.

Forumda müxtəlif panellərdə “COVİD-19-dan sonra yeni dünya nizami”, “Yeni Dünya İqtisadiyyatı”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” və digər mövzularda yerli və xarici ekspertlərin çıxışları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə