Yasamalda şəhid Natiq Baxşəliyevin ailəsi ziyarət olunub

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru və YAP Yasamal rayon təşkilatının fəalları şəhid Baxşəliyev Natiq Sahil oğlunun ailəsini ziyarət ediblər. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev şəhidlərimizin torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşduqlarını qeyd edib. B.Nəbiyev bildirib ki, Natiq kimi şəhidlərimiz adlarını Azərbaycanın şanlı tarixinə yazıblar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin daim uca tutulacağını qeyd edib. Rektor bildirib ki, Natiq Baxşəliyev Azərbaycan Texniki Universitetin məzunu olub. Natiqin hər kəsə nümunəvi tələbə olduğunu vurğulayaraq, onunla bərabər bütün şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Baxşəliyev Natiq Sahil oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə