Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlü davranışının şahidi olduq - ƏRDOĞAN

44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlü davranışının şahidi olduq. Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi.

SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumunda çıxışı zaman deyib.

R.T.Ərdoğan bildirib ki, media müstəqilliyindən və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentlikləri kimi hərəkət etdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə