"Ermənilər xam xəyallardan birdəfəlik əl çəkməlidirlər” - MƏRKƏZ SƏDRİ MÖVQE BİLDİRDİ

“Dövlət başçısının Füzuliyə səfəri şəhərin əsasının qoyulması ilə yadda qaldı. 2040-cı ilə kimi Füzuli əhalisinin sayı 50 min nəfərə çatacaq. Bu fakt bizi sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Azərbaycan xalqı ermənilərin xarabalığa çevirdiyi torpaqlarımızı cənnətə çevirəcək. Prezidentin işğaldan azad olunmuş rayonlara ardıcıl səfərləri bunun əyani sübutudur”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, revanşist düşüncələrdən əl çəkməyən ermənilər Qarabağda aparılan abadlıq-quruculuq işlərini yaxından izləməli və özləri üçün lazımi nəticələr çıxarmalıdırlar. Azərbaycanın iqtisadi potensialı müharibənin yaralarını daha qısa zaman kəsiyində sarımağa, bölgədə yeni ab-havanın təmin olunmasını sürətləndirməyə imkan verir: “Azərbaycanlılar əzəli və əbədi torpaqlarına biryolluq qayıdacaqlar. Ermənilər bunu anlamalı və xam xəyallardan birdəfəlik əl çəkməlidirlər”.

Seymur Verdizadə deyib ki, ermənilər reallıq hissini itirdikləri üçün situasiyanı düzgün qiymətləndirə bilmirlər. Bölgədə yeni status-kovonun yarandığına diqqət çəkən jurnalist Ermənistanın bununla barışmalı olduğunu bildirib.

Bu barədə Seymur Verdizadə fikirlərini belə izah edib: “Paşinyan hakimiyyətinin siyasi naşılığı ermənilərə baha başa gəldi. Eyni səhvin ikinci dəfə təkrarlanması düşmən ölkə üçün fəlakətə səbəb olacaq. Ermənistanın yeganə çıxış yolu mövcud reallıqla barışaraq, bütün hərbi-siyasi iddialardan əl çəkməkdir”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...