“Tarif Şurasının qərarından sui-istifadə etmək olmaz” - PARTİYA SƏDRİNDƏN SƏRT TƏPKİ

Bir millət vəkili kimi, bir partiya sədri kimi Tarif Şurasının qərarından istifadə edib ölkədə çaxnaşma, qarışıqlıq yaratmaq istəyənlərin əməllərini qəti şəkildə pisləyirəm. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Partiya sədri vurğulayıb ki, bu mübarizə metodu deyil, bu doğru hal deyil və hər kəs başa düşməlidir ki, Azərbaycanda sabitlik hər şeydən yüksəkdir.

“Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır, hec vaxt çaxnaşmalara, qarışıqlıqlara, ölkədə bu su bulandırılmasına rəvac verməyəcək, getməyəcək. İkinci bir məsələ, biz zaman-zaman öz fikirlərimizi hər yerdə bildirirk və hər kəs öz sözünü sivil şəkildə deməli, fikirlərini ağıllı formada bildirməlidir. Kimin nə təklifi varsa dövlətə deməlidir. Sən müxalifətsənsə, müxalifət kimi əks fikrini bildirə bilərsən, mədəni formada qanunların imkan verdiyi formada, insanları qanuna çağırmaqla bildirə bilərsən. Yoxsa, qanundan kənar fəaliyyətə çağırılması heç vaxt doğru deyil. Nəhayət üçüncü məsələ, axı Prezidentimizin sərəncamını görməmək hansı duyğu yaradır? Axı cənab Prezident elə bir sərəncam verib və Nazirlər Kabinetinə tapşırılıb, bu məsələlər hazırlansın ki, 2022-ci ilin dövlət büdcəsində öz əksini tapsın və birada bu 1,8 milyon insanı əhatə edəcək, bir milyondan çox əmək müqaviləsi olan insan, 450 mindən çox pensiya alan, müavinət alan, tələbələrimiz, qazilərimiz və digərlərini əhatə edəcək. Bu böyük bir rəqəmdir. İndi hələ tam yekunlanıb nəticə verilmir, amma hesab edirəm ki, bu bəlkə də bir milyarddan aşağı olmayan bir rəqəm olacaqdır ki, bütün bunlar əhaliyə veriləcəkdir, özü də hər il. Bir il əmək haqqı artanda sonradan aşağı salınmayacaqdır axı.

Təbii ki, mənfi hallar, inhisarçılar, korrupsionerlər var, bütün dövlətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə də özlərinin tamahı naminə insanların rifah halına zərbə vuran insanlar var. Amma, gördüyümüz kimi dövlətimiz bunun qarşısını almaq üçün addımlar atır, çağırışlar olur və biz də əlimizdən gələni edirik. Ona görə də hesab edirəm ki, diqqəti yönəltmək lazımdır əsas cənab Prezidentin sərəncamına ki, bu çox böyük bir məsələdir. Mənim bildiyimə görə, iki gün sonra artıq Nazirlər Kabineti öz təkliflərini cənab Prezidentə çatdıracaq və bu, üzərində işlər gedəcək böyük bir haldır.

Yenə mən bir daha deyirəm ki, Tarif Şurasının bu qərarından sui istifadə eləmək olmaz. Bəyənmirsən, istəmirsən, bu başqa məsələ. Amma ondan istifadə edib ölkədə qarışıqlıq yaratmaq, nahaq çağırışlar etmək qəbuledilməzdir və mən çağırış edirəm ki, bundan istifadə etməsinlər”, deyə Tahir Kərimli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə