Qəbələli şəhid mayor Natiq İsmayılovun ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş mayor İsmayılov Natiq Əjdər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, döyüş yoldaşları tərəfindən Natiq İsmayıllovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Həmçinin, şəhidin xatirəsinə Bunud kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılov Natiq ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Şəhidin ailə üzvləri şəhid ailələrinin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirmiş, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlər və aparılan islahatlara görə dərin minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...