Biz artıq 18 Oktyabrı qalib ölkənin vətəndaşları kimi qeyd edirik
"Bu il biz 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik". Bu sözləri SİA-ya açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.

O vurğulayıb ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi: "SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi "həyata vəsiqə aldı" və Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlandı. 90-cı illərin əvvəllərində hakimiyyətdə olan səriştəsiz şəxslərin əlindən cana gələn xalq çıxış yolunu ulu öndərin Azərbaycana qayıdışında görür. Xalqın istəyi ilə özünün və ailəsinin həyatını təhlükəyə atan Ümummilli lider Heydər Əliyev Azərbaycana geri qayıdır. Onun qayıdışı ölkəmizi yenidən əsarət altına düşməkdən xilas edir. Ulu öndərin başladığı şərəfli missiyanı 2003-cü ildə uğurla davam etdirən cənab Prezident İlham Əliyev apardığı daxili və xarici siyasət nəticəsində ötən ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan İlham Əliyev ölkə başçısı seçildiyi gündən hərbçilərimizin döyüş qabiliyyətinin artırılması və müasir texniki bazanın gücləndirilməsi istiqamətində atdığı addımlar sayəsində qısa dövr ərzində torpaqlarımızı işğaldan azad etməkdən əlavə, Cənubi Qafqazda sülhü bərpa etdi".
Emil Əkbərov vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı: "Azərbaycan tarixinə sahib çıxaraq, 28 May - Respublika Gününün "Müstəqillik günü", 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə "Müstəqilliyin bərpası günü" adlandırılması olduqca tarixi bir qərardır. Bu qərarla Ali Baş Komandan ölkəsinin təkcə müstəqiliyini və ərazi bütövlüyünü bərpa edən güclü sərkərdə kimi deyil, həm də tariximizi qoruyan lider kimi özünü tanıtdı. Əminəm ki, cənab Prezident İlham Əliyevlə dövlət və xalq olaraq hələ bir çox uğurlara imza atacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB