"Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 130 km-lik sərhədini bərpa etmiş, beynəlxalq cəmiyyəti üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alınıb. Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində İranla Ermənistan Azərbaycanın Cəbrayıl rayonun ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyəti üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu: "Araşdırmalarımız, müəyyən olunmuş faktlar və saxladığımız heroinin həcminin 2 dəfə artması bu məsələni sübut edib. Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri idi. Ona görə də erməni rəhbərliyi beynəlxalq hüquq norma və tələblərinə məhəl qoymadan işğal etdikləri torpaqları öz nəzrətlərində saxlayaraq yeni ərazilər uğrunda yeni müharibə bəyanatları səsləndirməklə danışıqlar prosesindən çıxmışdı. Yəni, erməni işğalçıları və onların havadarları əllərini yağlı yerdən çəkmək istəmirdilər. Ona görə də BMT Təhlükəsizlik Şurasının qətnamələri icrasız qaldı".

A.Badamov vurğulayıb ki, 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb: "Təbii ki, narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar. Nəinki, Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu. Cənab Prezident MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən konfransında qeyd etdiyim məsələlərə aydınlıq gətirdi və erməni işğalının mahiyyət və məqsədlərini auditoriyanın diqqətinə bir daha çatdırdı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...