Səfir Talış kəndinə səfərindən şəkillər paylaşıb - FOTOLAR

“Azərbaycandakı diplomatik korpusun təmsilçiləri ilə birlikdə azad Qarabağdayıq”. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

Diplomat Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən fotolar paylaşıb.

Qeyd edək ki, xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə