MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA -ya bildiriblər ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Nazirlik bildirir ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə