Avropa İttifaqı vasitəçi olmaq istəyir

Avropa İttifaqı vasitəçi olmaq istəyir

Avropa İttifaqı tərəflərin razılığı olarsa, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış etməyə hazırdır.

SİA xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib.

“Azərbaycan və Ermənistan razılıq verərsə, Aİ danışıqlar prosesində vasitəçi olmağa hazırdır. Aİ həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi arzulayır”, – deyə Viktorin qeyd edib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə