"Qarabağa qayıdış" İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevə Rusiya sülhməramlılarının müvəqqəti olaraq Azərbaycan pasportu verdikləri ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarından çoxlu müraciətlər daxil olur.
“...Millət vəkili olaraq Qarabağda - Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesaj alıram. Onlar Azərbaycan pasportu üçün müraciət etmək istəklərini ifadə edirlər”.
Qeyd edək ki, o bunu ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında keçirilən görüşdə bildirib.
Tural Gəncəliyev “Twitter” səhifəsində yayımlanan hadisənin video qeydində, Xankəndindən millət vəkili olaraq, erməni əsilli vətəndaşların Azərbaycanın müxtəlif - siyasi, iqtisadi və humanitar sahələrinə yenidən inteqrasiyası üzərində işləməkdə maraqlı olduğunu da izah edib.
Onun sözlərinə görə, bu ərazilərdə yaşayan ermənilər Azərbaycanın hüdudları daxilində bütün konstitusiya hüquqlarından istifadə edə biləcəklər. Gəncəliyev bu sahərə bütün humanitar məsələləri həll etmək istərdiklərini də bildirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB