"Serjik kimilər erməni xalqı tərəfindən mütləq cəzalanacaqlar" - DEPUTAT AÇIQLADI
"Əslində, Serj Sarkisyan cənab Prezidentin dilindən cavab verilməsinə layiq şəxsiyyət deyil. Serj Sarksiyan alkoqolik, qumarbaz, korrupsioner, yaltaq, yaramaz bir adamdır. Onun yanındakı Koçaryan isə üstəlik qəddar cinayətkardır". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bu insanların əlləri tək azərbaycanlıların qanına batmayıb. Ermənistanda öz rəqiblərinin qanlarını da töküblər. Bunlar Ermənistanda öz rəqiblərini həbs etdirib işgəncə veriblər. Məqsədləri isə sadəcə, mal-dövlət yığmaq və hakimiyyəti əlində saxlamaq olub.
Rasim Musabəyov bu barədə fikrini belə izah edib: "Vaxt gələcək ki, erməni xalqı Koçaryanı da, Sarkisyanı da yaxalarından tutub məhkəməyə gətirəcək. Onların "Qarabağ hərəkatı" adı ilə törətdikləri cinayət erməni xalqına minlərlə ölüm gətirdi, on minlərlə yaralı gətirdi. Ermənistan bir millət, bir dövlət kimi heç nə qazanmadı. Ancaq cılız Robert Koçaryan, cılız Serj Sarksiyan milyarderlər oldular. Heç yuxularına gəlməyən hadisələr yaşadılar. Ermənistanın prezidentləri oldular, Putinlə görüşdülər. Amerika, Fransa prezidentləri ilə görüşdülər. Bunlara ordenlər verdilər. Özlərini böyük bir siyasətçi kimi düşündülər. Ancaq bunlara hökm veriləcək. Bunlar cinayətkardılar. Özü də tək Azərbaycan xalqı üçün yox, Ermənistan xalqı üçün də cinayətkardılar. Onların əvvəl-axır cəzaları veriləcək. Azərbaycan tərəfindən verilməsə də, erməni xalqı tərəfindən mütləq cəzalanacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB