Prezidentin bu cür müsahibələri Ermənistan təbliğatının üstündən xətt çəkir - EKSPERT RƏYİ

Prezidentin bu cür müsahibələri Ermənistan təbliğatının üstündən xətt çəkir - EKSPERT RƏYİ

“Azərbaycana qarşı vətən müharibəsindən sonra informasiya məkanında müəyyən əks-təbliğatlar baş verdi. Bu, əsasən, Qərbin informasiya mərkəzlərində hazırlanırdı. Məhz bu mərkəzlər ölkəmizə qarşı əks-təbliğatlarla məşğul olurlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, əsasən, dövlət başçısı İlham Əliyev belə bir təbliğatlara qarşı verdiyi müsahibələrdə belə bir təxribatçı informasiyaları yerlə bir edir: “Fransa və Rusiya kanallarına verdiyi müsahibələrdə həm ölkəmizin müharibədən sonra sülhdən maraqlı olduğunu, Ermənistanla ikitərəfli danışıqlarda maraqlı olduğunu daima vurğulayıb. Amma Ermənistan tərəfi sülh təşəbbüslərini müəyyən bəhanələrlə yubadır”.

M.Əsədullazadə vurğulayıb ki, Prezidentin bu cür müsahibələri Ermənistanın təbliğatının üstündən xətt çəkir: “Həmçinin Qarabağ münaqişəsinin bitdiyini, kommunikasiyaların açılmasını regionda iqtisadi inteqrasiyaya xidmət edəcəyini xüsusi qeyd etməklə, Qərbin də burada maraqlı olmasını irəli sürür və Qərbdə bu kimi layihələrdə yer almasını vurğulayır. Bütün hallarda dövlət başçısının müsahibələri ölkəmizin sülh və təhlükəzliyə xidmət etdiyini göstərir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə