“44 günün hər biri xalqımızın tarixinə qızıl hərflərlə yazılıb” POLİTOLOQUN MARAQLI ŞƏRHİ
“Əlbəttə ki, Azərbaycan xalqının tarixində çox belə qələbələr olub. Yəni, tarixən bizim qələbələrimiz çox olub. Sözsüz ki, müasir dövrdə artıq, belə bir mürəkkəb və ziddiyyətli bir dövrdə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti qat-qat çoxdur. Çünki 30 il ərazilərinin işğal olunması faktı ilə barışmayan Azərbaycan nəhayət ötən il sentyabrın 27-də, özü də birbaşa olaraq Ermənistan tərəfindən hərbi təxribatlara cavab olaraq əks əməliyyatlara keçdi və 44 gün ərzində elə bir gün olmadı ki, Ermənistan silahlı qüvvələri, daha doğrusu, Ermənistanın təcavüzkar qüvvələri yuvasına qədər başı əzilə-əilzə qovulmasın.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Sahil İsgəndərov deyib.

Politoloq vurğulayıb ki, bu baxımdan bu qələbənin Azərbaycan xalqı üçün, Azərbaycan tarixi üçün əhəmiyyəti böyükdür və 44 günün hər biri bizim xalqımızın tarixinə, salnaməsinə qızıl hərflərlə yazılıb.
“Məsələ burasındadır ki, Azərbaycan bu qələbə ilə yalnız öz ərazilərini işğaldan azad etməsini rəsmiləşdirmədi. Azərbaycan bununla erməni faşizminin konkret olaraq daha da geniş qol-budaq atmasının qarşısını aldı. Azərbaycan bununla Ermənistan tərəfinin digər ölkələrə, sərhəd ölkələrə ərazi iddialarının qarşısına sipər çəkdi. Çünki biz bilirik ki, Ermənistanın ərazi iddiaları yalnız Azərbaycana və Türkiyəyə deyil. Bu ərazi iddiaları həm Gürcüstana, həm Rusiyaya, həm də İrana qarşıdır. Mən ona görə də düşünürəm ki, Türkiyə ilə bağlı məsələlər məlumdur, amma fikrimcə, nə Gürcüstan, nə Rusiya, nə İran arxayın olmamalıdır ki, bu yalnız Azərbaycanın problemi idi və Azərbaycan bu problemi həll etdi. Mən düşünürəm ki, problemlər hələ qabaqdadır və Azərbaycan problemin birinci mərhələsini həll edib. Azərbaycan ərazilərini işğaldan azad edib, amma kimlərsə düşünürlər ki, gələcəkdə onsuz da hansısa yolla yenə bu erməni faşizmini yenə Azərbaycana qarşı yönəldib özümüz rahatlanacağıq. Onlar belə düşünməsinlər.
Mən düşünürəm, əlbəttə ki, Azərbaycan xalqının bu tarixi qələbəsi konkret olaraq yalnız Azərbaycanda deyil, bütün regionda sülh və əməkdaşlıq üçün yaşıl işıq yandırıb, geniş yol açıb. Amma məsələ burasındadır ki, bu məsələdə yalnız Azərbaycan, yaxud Türkiyə, ya da Rusiya maraqlı olmamalıdır. Yalnız onlar buna can atmamalıdırlar. Regionun digər dövlətləri də maraqlı olmalıdırlar. Azərbaycan sözsüz ki, öz ərazilərində dinc quruculuq işlərini, abadlıq işlərin aparacaq, öz məcburi köçkünlərini oraya qaytaracaq və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, orada bizim işlər daha geniş vüsət alacaq. Amma bu yalnız Azərbaycan üçün deyil. Azərbaycan bunu, digər region ölkələri üçün də bu yolu açıb. Mən düşünürəm ki, konkret olaraq bu məsələnin tarixi əhəmiyyəti bundadır.
Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, ən azı neçə onilliklər bundan sonra Azərbaycan erməni faşizminin başını və quyruğunu elə kəsib ki, o inkişaf eləməsin. Amma sözsüz ki, geosiyasi proseslərdə hər şey daimi deyil. Gələcəkdə kimlərsə, hansısa oyunbazlıqlar kontekstində, yəni yenidən erməni təcavüzünün, erməni faşizminin baş qaldırmasına cəhd göstərsələr, Azərbaycanın dəmir yumruğu həmişə hazırdır. Amma məsələ burasındadır ki, region dövlətləri də məhz bu kontekstdə Azərbaycanla vahid mövqedən çıxış etməlidirlər. Mən sizi inandırıram, əgər vaxtında, yəni 30 il əvvəl region dövlətlərinin hərəsi öz maraqları kontekstində erməni faşizmini, erməni təcavüzünü dəstəkləməsəydilər, ya region dövlətləri, ya kənarda olan dövlətlər kömək etməsəydilər erməni təcavüzü, erməni faşizmi bu həddə gəlib çatmazdı ki, 30 ildən artıq Azərbaycan əraziləri işğal altında qalaydı. Azərbaycan şükürlər olsun ki, öz qələbəsi ilə bunu həll edib.
Bu tarixi əhəmiyyətli qələbə bizim salnaməmizə yazılıb, artıq o salnamədən çıxası deyil və bunun özü gələcək nəsillər üçün də bir növ örnəkdir. Bu, bizim gələcək nəsillər üçün bir göstəricidir ki, Azərbaycan həmişə humanist bir dövlət olub, bununla bərabər sülhsevər bir dövlət olub və həmişə ilk növbədə üstünlüyü verib iqtisadi inkişafa, qarşılıqlı səmərəlilik əsasında əməkdaşlığa, onu da bu gün Azərbaycan nümayiş etdirir. Azərbaycan bunu hamıya da təklif edib. Yəni, bu, yalnız Azərbaycanın təklifi deyil. Bu məsələdə Azərbaycanı həm qardaş Türkiyə, həm Rusiya dəstəkləyib.
İndi qaldı digər dövlətlərə, ilk növbədə, Ermənistana, mən düşünürəm ki, Ermənistanın başqa çıxış yolu olmayacaq. Çünki, Azərbaycanın tarixi qələbəsi Erənistana göstərdi ki, Ermənistan yalnız və yalnız xarici havadarları, önları başqalarının üstünə kısqırdanların hesabına nə isə əldə edə bilir. Amma indi vəziyyət, beynəlxalq siyasi konyunktura elədir ki, onlar da Ermənistana bu dəstəyi vermirlər. Çünki Ermənistanın təcavüzkar siyasətinin girovuna və ümumiyyətlə, həmişə ərazi iddiası siyasətinin gorovuna çevrilmək istəmirlər. Yəni, Ermənistanın ərazi iddialarını heç kim dəstəkləmək istəmir. Niyə istəmirlər bunu? Çünki, Azərbaycan göstərdi ki, həmişə Ermənistanın bu iştahasının qarşısını alacaq, onun dişinin üstündən vurub geri qaytaracaq. Yəni, ola bilər ki, bu gec, ya tez ola bilər, amma gec-tez bu baş verəcək. Bax Azərbaycanın tarixi qələbəsinin əhəmiyyəti bundadır. Yəni, Azərbaycan hamıya, həm Ermənistana, həm Ermənistanın havadarlarına, həm bu regionda müxtəlif geosiyasi maraqları olan dövlətlərin hamısına göstərdi ki, heç vaxt onlar düşünməsinlər ki, Azərbaycan sakitçiliklə, rahatçılıqla oturub torpaqlarının itirilməsinə və ərazilərinin işğalına sakit baxacaq. Gec-tez bunlar bu cavabı alacaqlar. Amma gec olanda daha güc olacaq. Bax əsas məsələ budur”, deyə politoloq Sahil İsgəndərov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB