Almanlar Rusiya ilə Türkiyənin qarşılıqlı əlaqələrindən narazıdırlar
Rusiya və Türkiyə prezidentləri arasında Soçidə keçirilən danışıqlar, Almaniyanın “Die Welt” qəzetinin Moskva ilə Ankara arasındakı sıx əlaqədən narazılığını ifadə edən bir məqalə üçün məlumatlandırma fürsəti olub.
Maraqlıdır ki, nəşrdə yer alan məqalə müəllifi Qarabağdakı beynəlxalq sülh prosesini “uğursuzluq” adlandırır və indi Rusiya və Türkiyənin bölgədə öz maraqlarını sərbəst şəkildə təbliğ edə biləcəklərindən qorxu ifadə edir.
Azad edilmiş Azərbaycan torpaqlarında vəziyyəti təsvir edən alman müəllif yazır ki, Rusiya bayrağından cəmi 15 metr aralıda Türkiyə ilə Azərbaycan bayrağı dalğalanır: “Küçənin ortasında kiçik bir hasar yeni demarkasiya xəttidir. Buranın bir tərəfi Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan “erməni hissəsidir”, digər tərəfdə-Azərbaycanın azad etdiyi Şuşaya gedən yol ... Qarabağdakı siyasi reallıq, əslində, iki qüvvənin - Türkiyə və Rusiyanın quruluşunun bir hissəsidir”. Bunu da alman müəllif yazır.
“Suriya, Liviya və Ukraynada, Rusiya və Türkiyə bəzən münaqişənin fərqli tərəflərini dəstəkləyirdi, amma sonunda həmişə razılaşdılar”-deyə bildirən alman məqalə müəllifini, deyəsən, daha cox qorxudan bu ölkə rəhbərlərinin birləşərək Qərbi “həyətlərindən” sıxışdıra bilməsi ehtimalıdır.
Onun sözlərinə görə, “ötən yaza qədər avropalılar, ilk növbədə, uzunmüddətli Qarabağ münaqişəsində rol oynaya biləcəklərinə ümid edirdilər”, amma indi bu çox çətin görünür.
“SSRİ dağılandan sonra Ermənistan Dağlıq Qarabağı və eyni zamanda, ətrafındakı yeddi Azərbaycan bölgəsini ələ keçirdi. O vaxtdan bəri alovlanan Azərbaycan və Ermənistan arasındakı münaqişə ATƏT-in Minsk Qrupunun himayəsi ilə həll edilməli idi. Belə ki, prosesin liderliyini ABŞ, Fransa və Rusiya öz üzərinə götürmüşdü. Burada Almaniya da iştirak etmək istədi, lakin bu, uğursuz oldu. Bu arda səbri tükənən Azərbaycan 44 gün ərzində işğal olunmuş əraziləri ermənilərdən azad etdi. Belə görünür ki, ATƏT “sülh yaratmaq prosesi” uğursuz oldu”.
Alman müəllif Putinlə Ərdoğan Qarabağda rəqib olmadığına da əminlik bildirir. Bundan əlavə o, Qarabağdakı yeni reallıqlardan da yan keçə bilmir. Füzuli şəhərində tikilən yeni beynəlxalq hava limanını, dağlıq ərazidən Şuşa şəhərinə çəkilən yeni yolu göstərir. Burada Azərbaycanın mədəni mərkəzi bərpa olunduğunu deyir.
Amma bütün bunlarla yanaşı, Türk şirkətlərinin buradakı tikinti quraşdırma işlərindəki iştirakının Kremldə heç kəsi əsəbləşdirmədiyinə təəccüb edir(?).
Maraqlıdır ki, alman yazarı narahat edən başqa bir məqam “Rusiyanın yer üzündə daha güclü bir oyunçu olduğunu təsdiqləyən faktlar yaratmasıdır”. Deyim ki, o bu fikirləri “Carnegie Europe”nın mütəxəssisi Tomas de Vaaldan gətirir. Bundan əlavə belə görünür ki, Moskvanın Bakı ilə olan sıx iqtisadi əlaqələri də onu narahat edir. Məhz elə buna görə də o bədbin hislər üzrə köklənərək yazır: “Kreml Türkiyənin iştirakını Avropa Birliyini prosesdən uzaqlaşdırmaq üçün bir qiymət olaraq görür. Putin və Ərdoğan qırmızı xətlərin harada olduğunu artıq bir -birlərinə açıqlayıblar və ...onlara hörmət göstəriləcək, çünki onlardakı ortaq maraq Qərbi marginallaşdırmaqdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB