YAP Qazax rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər FOTOLAR
Yeni Azərbaycan Partiyasının keçirdiyi "Şəhid ailələrinə qayğı" aksiyasi çərçivəsində Qazax rayon təşkilatı şəhid Elmar Bayramlı İsa oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar məzarını ziyarət edib, ruhuna dualar oxunub. Sonra rayon təşkilat üzvləri şəhid Elmar Bayramlı İsa oğlunun ailəsini ziyarət edib, onların problemləri ilə maraqlanıb, ailəsiinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib, həmçinin ailəyə maddi yardım ediblər.
Rayon təşkilatının üzvləri Vətənimizin azadlığı uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün addımlar atıldığını vurğulayıblar. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları – Şəhidlərimiz, qazilərimiz qürur mənbəyimizdir.
Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna minnətdarlıq ediblər.
Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB