Ərdoğan: "Azərbaycan Zəngəzur dəhlizi üçün geniş işlər görür"
Türkiyə Prezideti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi 3 saatlıq görüşdən sonra öz təəssüratlarını jurnalistlərlə bölüşüb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərlə görüş Ərdoğanın hava gəmisindəki otağında baş tutub.
Görüşdə Qarabağla və Zəngəzur dəhlizi ilə bağlı verilən sualı cavablandıran Türkiyə Prezidenti bildirib ki, Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq: "Burada həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi imkanlar gətirəcək. Azərbaycan bu dəhliz üçün geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi öhdəliklərini yerinə yetirməlidir".
Bundan əlavə, görüşdə regional məsələlər, o cümlədən Suriya, Qarabağ, Liviya və Əfqanıstanda baş verənlərin müzakirə olunduğuna diqqət çəkən Ərdoğan qeyd edib ki, bu mövzuları ətraflı qiymətləndirmək imkanımız oldu: "Eyni şəkildə Azərbaycan məsələsini də dəyərləndirdik. Atıla biləcək birgə addımlar haqqında səmimi və səmərəli fikir mübadiləsi apardıq".
Türkiyə mətbuatı yazır ki, Azərbaycan-Ermənistan və Əfqanıstan da Rusiya və Türkiyənin önəm verdiyi məsələlərdir. Bunlar iki ölkə arasında Suriya məsələsi qədər böyük problem yaratmasa da, Türkiyənin Azərbaycanla hərbi əlaqələrini inkişaf etdirməsi, Şuşada konsulluq açması, birgə təlimlər təşkil etməsi Moskvanın bölgədə görmək istədiyi reallıq deyil. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ kimi bir quruluşun olmadığını, bunun Azərbaycanın bir hissəsi olduğunu və Rusiya sülhməramlılarının geri çəkilməsindən sonra bu ərazilərin tamamən Azərbaycanın nəzarətinə keçəcəyini bütün dünya bilir. Bu səbəbdən görüşdə Vladimir Putin Türkiyə ilə danışıqlar aparmağın çətin olmasına baxmayaraq Suriya, Liviya və Qarabağda razılığa gəldiklərini və Qafqazda sülhün Rusiya və Türkiyənin səyləri ilə əldə edildiyini bildirib. Tərəflər problemin tam olaraq həll olunmayacağı təqdirdə fərqli formatlar üzərində iş aparacaqlarını da diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB