"İkinci Ermənistan dövləti yaranmayacaq" - PARTİYA SƏDRİ AÇIQLADI
"Ermənistan dövləti tarixi Azərbaycan ərazisində yaranıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, 1918-ci ildə Osmanlı ilə ermənilərin arasında bağlanmış müqaviləyə əsasən ermənilərə Azərbaycan ərazisindən 9 min kvadrat ərazi verilmişdi. Araz Əlizadə bu haqda fikrini belə izah edib: "Cənab Prezident deyəndə ki, kim ki, ermənilərə muxtariyyət verilməsini istəyir, qoy öz ərazisində belə bir addım atsın. Beləliklə ikinci Ermənistan dövlətini öz ərazisində yaratsın. Bu sözün mənası çox böyükdür. Bu o deməkdir ki, artıq bir dəfə Azərbaycan torpağından istidfadə edib erməni dövləti yaradıblar. Amma bundan sonra Azərbaycan ikinci Ermənistan dövlətinin onun ərazisində yaranmasına imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB