YAP Sabunçu rayon təşkilatında görüş keçirilib - FOTOLAR

YAP Sabunçu rayon təşkilatında görüş keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında pandemiya qaydalarına riayət edilərək bir neçə ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev rayon təşkilatı tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışaraq ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, ərazi ilk partiya təşkilat sədrləri, rəhbərlik etdikləri partiya təşkilatının işini rayon təşkilatının tələb və tövsiyyələrinə uyğun qurduqları haqda məlumat veriblər.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə