Gürcüstan mətbuatı Baş nazirlə Prezident İlham Əliyevin görüşünü geniş işıqlandırıb - FOTO
Gürcüstanın interpressnews.ge, report.ge, rustavi2.ge, 1tv.ge, sputnik-georgia.ru, 24news.ge, apsny.ge apsny.ge, interpress.ge, kavkasia.net, aktual.ge və s. informasiya portalları, televiziya və radioları Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana səfəri, xüsusilə də Prezident İlham Əliyev ilə görüşü barədə geniş məlumatlar yayıb. SİA xəbər verir ki, gürcü, ingilis və rus dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətləri, Cənubi Qafqazda və dünyada gedən proseslər, regionda yaranmış yeni reallıqlar, eləcə də Baş nazir İrakli Qaribaşvilinin səfərinin əhəmiyyəti və ölkələrimiz arasındakı əlaqələrə dair fikirləri yer alıb.
Oxuculara, dinləyicilərə və tamaşaçılara bu səfərin tarixi əhəmiyyəti, eləcə də Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Bakıda keçirilən iclası barədə də ətraflı məlumat verilib.
Ümumilikdə gün ərzində İrakli Qaribaşvilinin səfəri, Prezident İlham Əliyevlə görüşü və müştərək komissiyanın iclasındakı iştirakına dair 50-yə yaxın material, reportaj yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB