“Moskvanın İrəvanı Ankaraya “təhvil” verməsi üçün çox arqumentləri var” "ROSBALT"IN ŞƏRHİ
“Hazırkı məqamda Ermənistan geosiyasi oyunlarda Moskvanın formal müttəfiqi kimi daha güclü regional oyunçular olan Rusiya və Türkiyə qarşısında “peşkadır”. Belə bir fikir yaranır ki, Kreml prinsipcə bu zəif fiquru daha mühüm hədəfləri üçün qurban verməyə hazırdır”.
SİA xəbər verir ki, bu haqda “Rosbalt”ın siyasi analitiki Aleksandr Jelenin yazıb. Onun fikrincə, Moskva Qərb cinahında bir-biri ilə müttəfiqlik edənlər arasında yaranan istənilən çatlardan istifadə edir və onu genişləndirməyi məmnuniyyətlə həyata keçirir.
"Ermənistan Ankara və Bakının protektoratı rolunda olmağa hazırlaşır"
“NATO ölkələri arasında baş verən narazılıqların dərinləşdirilməsi üçün Moskvanın Ankara və Bakı ilə münasibətlərini qurması bütünlüklə bu siyasəti əhatə edir”, müəllif qeyd edir.
Aleksandr Jelenin öz düşüncəsindən çıxış edərək bildirir ki, bəzi erməni siyasətçiləri və ekspertləri Rusiya və Nelarus arasındakı ittifaq dövlətinə daxil olmaq üçün öz ölkələrinin suverenliyini qurban verməyə hazırdırlar.
“Lakin yuxarıdakı məsələlərdən sonra verilən qurban Kremlə lazımdırmı? Bu baxımdan, kifayət qədər kədərli mənzərə yaranır. Resurslara və etibarlı malik olmayan Ermənistan Rusiya, Türkiyə, İran arasında sıxışıb-qalıb və bugünkü şəraitdə Ankara və Bakının protektoratı rolunda olmağa hazırlaşır”, deyə Rosbatl”ın analitiki hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB