Ağdaş rayonunda şəhidin ildönümü qeyd olunub FOTOLAR

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olunub FOTOLAR

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ağdaş rayonunun ilk şəhidi Mustafayev Siyasət Akif oğlunun ildönümü qeyd olunub. Bununla əlaqədar şəhidin ailəsinin yaşadığı Ağdaş rayonunun Pirəyir kəndində mərasim keçirilib. Mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış və ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri ilə görüşmüş, onlara başsağlığı verilmişdir.

Mustafayev Siyasət Akif oğlu 1996-cı il mayın 2-də Ağdaş rayonunun Abad kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət Mustafayev Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Gün ərzində davamlı olaraq partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə