İsmayıllıda şəhidlərin xatirəsi anılıb FOTOLAR

İsmayıllıda şəhidlərin xatirəsi anılıb FOTOLAR

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının nümayəndələri rayonun Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Anım Günü iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları üzərinə əklil və tər qərənfillər düzüblər.

Tədbirdə RİH başçısı Nahid Bağırov çıxış edərək, 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirib. Daha sonra rayon rəhbərliyinin iştirakı ilə Anım Günü münasibətilə ağacəkmə aksiyası təşkil edilib.Tədbir şəhidlərin xatirəsinə hazırlanmış flaşmob və İsmayıllı məktəblilərinin hazırladığı kompozisiya ilə sona çatıb.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə