"Yeni gələn rəhbər kifayət qədər bu məsələlərdə təcrübəsi olan biridir" - POLİTOLOQ AÇIQLADI
“Rusiya sülhməramlılarının rəhbərliyinin dəyişdirilməsi bilavasitə Rusiyanın qərarıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, əvvəlki rəhbərdən fərqli olaraq yeni gələn rəhbər daha şovinist və millətçidir: “Görünən odur ki, Rusiya orada sülhməramlıların sülhməramı ilə məşğul olacağını planlaşdırmır. Onların daha çox peşəkar təxribatçılara ehtiyacı var. Yeni gələn rəhbər də kifayət qədər bu məsələlərdə təcrübəsi olan biridir. Həm Çeçenistanda, həm də Şimali Qafqazda yetəri qədər təcrübə toplayıb. Amma görünən odur ki, Azərbaycan tərəfini bu narahat etmir, etməməlidir də. Azərbaycan öz ərazi bütövlüyünün bərpası ilə məşğuldur. Ümumi olaraq sülhməramlıların Qarabağdakı statusu, hələlik, qeyri-müəyyəndir. Ancaq üçtərəfli bəyanatla bu gündəmdədir. Azərbaycan tərəfi bunu qanunvericilik çərçivəsinə salmayıb. Rusiya da bunu çox gözəl bilir. Qarabağda olan sülhməramlıların bilavasitə statusu ilə bağlı məsələ yəqin ki, Ərdoğanın və Putinin Soçidəki görüşündə həll olunacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB