"Beynəlxalq təşkilatlar elə şərait yaradırlar ki,..." - DEPUTAT ŞƏRH ETDİ

"Beynəlxalq təşkilatlar elə şərait yaradırlar ki,..." - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti yenə də, dünyaya çatdırmaq istəyirdi ki, beynəlxalq təşkilatlar öz təbii qəbul etdikləri sənədlərin icrasına heç cür nəzarət etmir". Bunu SİA-ya aşıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, qəbul olunan qətnamələr kağız üstündə qalır. Asim Mollazadə bu haqda fikrini belə izah edib: "30 il ərzində yerinə yetirilməyən qətnamələri Azərbaycan özü icra etdi. ATƏT-in yaratdığı Minsk qrupu ancaq məsələni dondurmaqla məşğul idi. Yaxud diplomatik turizmlə məşğul idi. Bunların da üzərinə düşən vəzifələri Azərbaycan özü yerinə yetirdi. Azərbaycan beynəlxalq hüquq normalarına öz hörmətini hər zaman nümayiş etdirib. Məhz Azərbaycanın bu hərəkətləri beynəlxalq normalara uyğun həyata keçirilib. Lakin çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar elə şərait yaradırlar ki, gücə hörmət göstərilir, hüquqa yox".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə