"Dünya ictimaiyyəti ümumbəşəri dəyərləri müdafiə etməlidir" - İCRAÇI DİREKTOR AÇIQLADI

"Bildiyimiz kimi xüsusilə 20-ci əsrin ikinci yarısından başlayaraq dünyada mədəniyyətlərarası, dinlərarası və xalqlararası münasibətləri gücləndirmək üçün bir çox fəaliyyətlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, 21-ci əsrdə də bu proses davam edir: "Ermənistan isə ümumdünya səviyyəsində inkişaf edən bu prosesə böyük zərbə vurmuşdur. Ermənilər Qarabağı və ətraf rayonları işğal edərkən buralarda mülki əhaliyə qarşı vandallıq etməklə yanaşı, həm də mədəni-mənəvi terror həyata keçiriblər. Bir çox tarixi abidlər ya məhv edilmiş və yaxud da ciddi xəsarət almışdır. Cənab Prezidentin də vurğuladığı kimi bu ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, digər 2-i ciddi zərər görüb və təhqir edilib. Bu bir daha erməni vandallığın bütün dünyaya göstərir. Biz Qarabağımızı azad etməklə sadəcə torpaqlarımızı azad etməmişik, həm öz mədəniyyətimizi, tarixi mirasımızı, həm də dünya mədəni və mənəvi irsinin bir parçasını xilas etmişik. Ona görə də dünya ictimaiyyəti buna reaksiya verməli, ümumbəşəri dəyərləri müdafiə etməlidir. Ön mühakimələrə, ikili standartlara ilişib qalmamalıdır".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...