Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperigos ilə görüşüb. Daimi nümayəndəlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, regiondakı yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə