"Qarşımızdakı bütün maneələri aşacağıq" - DEPUTAT AÇIQLADI

"Qarşımızdakı bütün maneələri aşacağıq" - DEPUTAT AÇIQLADI

"Son vaxtlar Paşinyan maraqlı fikirlərlə çıxış edir. Mən elə başa düşürəm ki, o sona qədər kommunikasiya işlərini həyata keçirmək istəyir. Çünki özü də başa düşür ki, Ermənistanın istər siyasi tərəfdən, istər iqtisadi tərəfdən iflic vəziyyətdə olmağı artıq ifşa olunub. Bizim qələbəmizdən sonra bu lap aydın görsənir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, onu da demək lazımdır ki, Ermənistanın özündə kifayət qədər revanşist qruplar var. Etnik erməni diasporları, yəni xaricədə yaşayan ermənilər məsələn, Fransada, Hollandiyada, İsveçdə, Amerikanın Kaliforniya ştatında, eləcə də Rusiyada yaşayan o qədər ermənilər var ki, bunlar Azərbaycanla münasibətlərin bərpasına, Türkiyə ilə münasibətlərin bərpasına əks mövqedə dayanırlar. Bu haqda Rüfət Quliyev fikrini belə izah edib: "Amma düşünürəm ki, Paşinyan düz yoldadır. Bunları hər hansısa yolla bir konsesua və ya razılığa gətirməlidir ki, bu kommunikasiyalar açılsın. Mən hesab edirəm ki, bu kommunikasiyalar hamısı açılacaq. Açılmasa, möhtərəm cənab Prezident dediyi kimi “dəmir yumruq” hər an işə düşə bilər".

Onu da xatırlatmaq lazımdır ki, Azərbaycan son zamanlar çox ciddi mesajlar verir deyə deputat bildirib. Rüfət Quliyev bu haqda fikrini belə izah edib: "Bu mesajlarla Azərbaycan göstərir ki, artıq regionda hər şey Azərbaycanın əlindədir. Seperatçılara və onların havadarlarına mesajlar verilir. Məsələn bu yaxınlarda Azərbaycan polisinin qondarma rejiimin bayrağı olan avtobusu saxlayıb, avtobusdan bayrağı təmizləməsi buna ən yaxşı misaldır. Ümumiyyətlə Azərbaycan polisinin bu addımı atması olduqca yaxşı və yerində idi. Əgər Azərbaycan ərazisinə istənilən avtonəqliyyat, dəmiryolu nə olur-olsun daxil olursa, nə erməni bayrağı, nə də qondarma, yəni heç kim tərəfindən tanınmayan, məhv olan düşmən qruplarının bayraqları orada ola bilməz. Odur ki, Azərbaycan polisinin bu hərəkəti düz addımdır, axıra kimi davam etməlidir. İstənilən ölkələr, istənilən qurumlar bilməlidir ki, biz öz ərazimizi qaytarmışıq və suverenleyimizi qoruyuruq və qoruyacağıq. Qarşımızdakı bütün maneələri aşacağıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə