"Bu problem Makronla bağlıdır" - POLİTOLOQ AÇIQLADI

"ABŞ və Fransa zaman-zaman öz aralarındakı gərginlikləri ilə seçilib. Hər iki ölkə də NATO üzvü ölkələrdir. Vaxtı ilə Şarl de Qoll hakimiyyətdə olarkən də, Parislə Vaşinqton arasında demək olar ki, bütün əlaqələr kəsilmişdi. 2000-ci illərin başlarında isə Fransa ilə NATO arasında yaxınlaşma oldu. Bundan sonra Fransa ilə ABŞ arasında yaxınlaşma baş tutdu". Bu sözləri SİA-ya aşıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə, bu problem Makronla bağlıdır. Makron hakimiyyətə gələndən sonra NATO-ya alternativ hərbi alyansın qurulmasının vacibliyini vurğulayıb. Son zamanlar isə NATO-ya üzvü olan ölkələrin, eyni zamanda Amerika və Fransanın müttəfiqi sayılan Avstriya, İsveçrə kimi ölkələrin hərbi silah alması ilə bağlı Fransandan imtina etməsi, hansı ki, bu ticarət milyardlarla dolları ehtiva edirdi, əlbəttə, rəsmi Parisi qıcıqlandırıb. Fransa ilə ABŞ arasında gərginliyin yaranması, mən düşünürəm ki, Azərbaycanın və Türkiyənin indiki maraqlarına cavab verir.

Zaur Məmmədov öz fikirlərini belə izah edib: "Amma yenə də ABŞ və Fransa bir-birinə qarşı siyasət apara bilməyəcək. Bu gün Fransa ABŞ-dan asılı olan dövlətlərdəndir. Zamanında Aİ-nin qurulması və başqa hadisələr də ABŞ-ın Fransa və Almaniya kimi dövlətlərə təzyiq mexanizminin genişlənməsi ilə əlaqəli idi. Ümumilikdə, bu addımlar sadəcə, şəraitə uyğun atılır. Tez bir zamanda münasibətlər yoluna qoyulacaq. Beləliklə, əvvəlki kimi müəyyən məsələlərdə bir-biri ilə mübahisə etsələr də, müəyyən məsələlərdə fikir ayrılığı olsa da, ümumilikdə onlar eyni maraqların reallaşması üçün birlikdə dünya geosiyasəti uğrunda mübarizə aparacaqlar".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə