Onun sözlərinə görə, belə davam edərsə, Ermənistanın tamamilə itirilməsi prosesi baş verə bilər
“Hazırkı məqamda bizim regionumuzun bütün dövlətləri, bizim regiona adi olan dövlətlər yeni müharibələrə hazırlaşırlar. Ermənistandan başqa hər kəs”. SİA xəbər verir ki, bunu arminfo-ya təhlükəsizlik problemləri eksperti , siyasi elmlər doktoru Riç Araumanyan deyib.

Erməni nəşri xatırladır ki, bu ərəfələrdə erməni KİV-ləri Zəngəzurdakı adları açıqlanmayan mənbələrə istinad etməklə Azərbaycan və Türkiyənin Ermənistana qarşı növbəti hərbi əməliyyatlara başlayacaqlarını yazıblar. Həmin informasiyaya görə, 16-17 sentyabrda (Rusiyada keçirilən parlament seçkiləri günündə) Qaragöl ətrafında toplaşan Azərbaycan gücləri Ermənistanın dərinliklərinə doğru irəliləməklə Türkiyə ilə dəhliz yaratmağı hədəfləyəcəklər. Mövcud məntəqədə erməni güclərinin də toplaşaraq konsetntrasiya olunduğu həmin məlumatda yer alıb.
Lakin bu arada qeyd edək ki, artıq 16 -17 sentyabr tarixləri də geridə qalıb və həmin iddia sadəcə erməni KİV-lərinin növbəti feyk informasiyasıdır ki, işlək vəziyyətə düşə bilməyib. Amma buna baxmayaraq, erməni politoloqunun mövzu ilə bağlı fikirlərini analiz etmək maraqlı olardı...
Arzumanyanın sözlərinə görə, gələcəyin mənzərəsində Azərbaycanla müharibənin başa çatığını düşünməyə belə ehtiyac yoxdur
Beləliklə, Arzumanyan da iddia edir ki, hərbi əməliyyatlara hazırlıq fəal şəkildə aparılır. Belə ki, Cənubi Qafqazda və ətrafındakı geosiyasət məhz hərbi məntiqlə müəyyən olunur. O, hazırkı məqamda sülh şərtlərinin müzakirə aparılmasını doğru hesab etmədiyini deyib.
“Bizim hakimiyyətin etdiyi kimi, müvafiq sülh şərtləri haqqında danışmağı və müzakirə aparmağı doğru hesab etməməklə yanaşı, məhsuldarlıq kimi qəbul etmirəm. Doğru sözlərdən istifadə etmək vacibdir, öz ictimai rəyini aldatmaq və ictimai fikirdə manipulyasiya etmək olmaz. Mən bunu deyirəm və yalnız siyasətçiləri demirəm, həm də ictimai xadimləri, ekspertləri və jurnalistləri də nəzərdə tuturam”, deyə Riç Arzumanyan bildirib.
Arzumanyanın sözlərinə görə, gələcəyin mənzərəsində Azərbaycanla müharibənin başa çatığını düşünməyə belə ehtiyac yoxdur. Analitik Qarabağ ətrafındakı situasiyada “müharibənin başa çatması” ifadəsinin işlədilməsini gülünc adlandırıb. Belə ki, 1989-cu ildən başlayaraq müharibə heç vaxt başa çatmayıb və bu gün də davam edir. Müharibənin yalnız müxtəlif mərhələləri olub: atəşkəs və eskalasiyalar. Bu mənada o xatırladıb ki, 1994-cü ildəki atəşkəs dövründən başlayaraq dəfələrlə atəşin pozulması halları yaşanıb ki, bunun da ardınca 2020-ci ilin noyabrında növbəti atəşkəs razılaşdırılıb, amma bu da sülh deyil.
Politoloq hibrid müharibəsi fonunda başqa hər-hansı prosesləri, özəlliklə sülh barədə danışmağı əlavə mənasızlıq hesab etdiyini bildirib
Erməni politoloqu hesab edir ki, mövcud atəşkəs şərtlərində Ermənistan sərhədlərindəki hərbi fəaliyyətlər hibrid müharibəsi formasına keçid alıb. Arzumanyan Türkiyənin və Rusiyanın Azərbaycan Silahlı Qüvvələrinin vasitəçiliyi ilə fəaliyyətlərini də məhz bu cür xarakterizə edib. Bu baxımdan, erməni politoloqu öz iddialarına əsaslanaraq davam edən hibrid müharibəsi fonunda başqa hər-hansı prosesləri, özəlliklə sülh barədə danışmağı əlavə mənasızlıq hesab etdiyini bildirib.
Maraqlıdır ki, Riç Arzumanyan Ermənistanın düşdüyü ağır vəziyyətini bir kənara qoyur, ölkənin hərbi, siyasi və iqtisadi çöküşü barədə ümumiyyətlə danışmır, ancaq başqa tərəfdən də hesab edir ki, Ermənistan müharibəyə hazır olmalıdır-amma hansı gücü və ordusu ilə? Bax, bu məsələyə ümumiyyətlə toxunmur, yalnız ittiham xarakterində çıxış edir. Bəs başqa nə deyir Arzumanyan?
Onun sözlərinə və mövcud vəziyyəti qiymətləndirməsinə görə bugünkü proseslər Ermənistanın birmənalı olaraq növbəti müharibəyə məcbur edilməsinə yönəlib və bildirib ki, regiondakı oyunçuların heç biri sülh gündəminin irəliləməsinə hazırlaşmır. Bu baxımdan da Arzumanyan Ermənistanın gözlənilən də deyil, hətta davam edən müharibə fonunda hərbi hazırlığının vacibliyi barədə dəm vurur, amma hansı ordusu ilə? Bu barədə danışmır.
Özümüzə qarşı növbəti itimiqyaslı hərbi əməliyyatlar qazanacağıq
“Ermənistanın mövcud olduğu regionda sülh barədə danışmaq mənasızdır”, deyən Arzumanyan bəlkə özü də bilmədən bir reallığı ifadə edib: bəli, Ermənistan regionda sülhün bərqərar olmasına imkan vermir və onunla slüh barədə danışmaq əslində mənasızdır, uyğun deyil və reallıqdan qoparılmış bir məsələdir. 44 günlük müharibədə olduğu kimi Ermənistanla güc dilində danışıb onu diz üzərinə çökdürmək daha məqsədəuyğundur. Çünki biz son 10 ayda bu ölkənin siyasi həyasızlıqlarının çox şahidi olmuşuq.
O, bunun müqabilində daha bir həqiqəti də ifadə edib. “Əgər biz bu günkü addımlarımızı davam etdirərsək onda çox qısa müddətdə özümüzə qarşı növbəti itimiqyaslı hərbi əməliyyatlar qazanacağıq. Bu dəfə hibrid müharibələri yanaşması çərçivəsində ki bu, hətta Ermənistanın itirilməsi ilə müşahidə oluna bilər. Bunu isə anlamaq, müvafiq nəticələr çıxarmaq və fəaliyyət göstərmək lazımdır”, Riç Arzumanyan deyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB