Prezidentinin köməkçisi ilə İran səfiri yenidən görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. SİA xəbər verir ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə