Paşinyanın iynəsinin vaxtı çatıbmı? TƏRS BAXIŞ +ÖZƏL

Yaxud, Ermənistanın baş nazirinin növbəti sərsəm ideyaları

Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində Ermənistan və İran tərəfindən törədilən özbaşınalıqlara son qoyulduqdan sonra cərəyan edən hadisələr digər istiqamətə doğru yönəldi. Məsələ ondadır ki, Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatında ilginc fikirlər səsləndirib. Daha dəqiq desək, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdakı üç bəndə (4-cü, 7-ci, 9-cu) əməl etməməsi ilə yanaşı, növbəti - 6-cı bəndi də sual altında qoyan hərəkətlərə rəvac verəcəyini nümayiş etdirir. Bəs həmin üç bənd hansılardır?

Hansı səbəblər Ermənistanın daha ağır zərbələr altında qala bilməsi ehtimallarını artırır?

Birincisi, Rusiya sülhməramlıları kontingenti (RSK) Azərbaycanın Qarabağ bölgəsinə daxil olarkən, paralel olaraq bütün erməni silahlıları həmin ərazilərdən çıxarılmalı idi. Lakin bəyanatın imzalanmasından 300 gün keçməsinə baxmayaraq, ölkəmizin suveren ərazilərində qalan separatçı quldur dəstələri nəinki çıxmaq barədə düşünmürlər, üstəlik, səngər və blindajlar qazır, istehkamlar qurur, qondarma “respublikanın” cinayətkar xunta rəhbərliyi isə hansısa “inrastruktur inşaatlarından” dəm vururlar. Bu da azmış kimi, Ermənistandan Laçın dəhlizi vasitəsi ilə erməni silahlıları Qarabağ soxulurlar, eləcə də zaman-zaman atəşkəs rejimini pozmaqla, təxribatlar törətməklə məşğuldurlar.

İkincisi, üçtərəfli bəyanatın imzalanmasından sonra RSK öz doğma yurd-yuvalarından qaçqın düşmüş azərbaycanlıların mərhələli şəkildə geri dönmələri prosesində Azərbaycana yardım göstərməli idilər. Amma biz bunu hələ də müşahidə etmirik.

Bəyanatdakı daha bir bənd isə Zəngəzur dəhlizinin açılması və kommunikasiyaların istifadəyə verilməsi faktorudur ki, Ermənistan həmin tələblərə nəinki cavab vermir, əksinə, 44 gündə uğradığı sarsıdıcı məğlubiyyətini unudaraq, növbəti və daha ağır zərbələr altında qala bilməsi ehtimallarını artırır. Daha dəqiq desək, hər üç bənd bu kimi ehtimalları kifayət qədər artıra bilər.

Nikol Paşinyan: “Ermənistan Laçın dəhlizindən Qarabağa gedən marşrutun dəyişilməməsi üçün hər şey edəcək”

Beləliklə, Paşinyan parlament saatında Ermənistandan Laçın dəhlizinə, oradan isə Qarabağa gedən gedən yolun dəyişilməz qalacağını iddia edib. Halbuki, üçtərəfli bəyanatın müvafiq bəndlərinin birində qeyd olunub ki, bəyanat imzalanandan sonrakı üç il müddətində Ermənistan alternativ yol çəkməli, RSK Laçın dəhlizindən həmin istiqamətə dislokasiya olunmalı, sonda isə Laçın rayonu tamamilə Azərbaycanın nəzarəti altına keçməlidir. SİTAT: “Ermənistan Laçından dəhlizindən Qarabağa gedən marşrutun dəyişilməməsi üçün hər şey edəcək (?!-R.R.) Maraqlıdır, siyasi və iqtisadi böhran içində çabalayan, ordusu məhv olan bir ölkənin baş naziri “hər şey edəcək” deyərkən nəyi nəzərdə tutub? Məgər bugünə qədər verilən dərslər hələ ona görk olmayıbmı? Gorus-Qafan yolunda Azərbaycan polisinin tətbiq etdiyi qaydalardan nəticə çıxarmayıbmı?

Məsələni daha səhih qaydada aydınlaşdırmaq üçün qeyd edək ki, Nikol Paşinyan bu fikirlərini “Şərəf duyuram” blokunun deputatı Tiqran Abramyanın verdiyi sualı cavablandırarkən deyib. Erməni deputatı sual edib ki, Ermənistanı Qarabağla bağlayan dəhliz marşrutunun dəyişilməsi ehtimalı varmı və həmin marşrut Laçınla yanaşı digər kəndlərdən də yan keçəcəkmi? Paşinyan isə cavabında bildirib ki, sözügedən məsələ ilə bağlı Qarabağ “hakimiyyəti” (?) və RSK komandanlığı işçi müzakirələr (?!) aparıblar. Daha sonra isə onlara Ermənistan respublikasının nümayəndələri də qatılacaq (???!!!). Maraqlı və düşündürücüdür ki, üçtərəfli bəyanatdakı tələb və bəndlər qalıb bir kənarda, bunlar hələ də Qarabağın gələcək planları ətrafında sərsəm fikirlərini bölüşür, üstəlik, RSK-nın da hansısa “hakimiyyətlə” müzakirələr apardıqlarını iddia edirlər.

Bu axmaq hələ də “artsax xalqından” dəm vurur!

Paşinyan suala cavabında onu da bildirib ki, üçtərəfli bəyanatda müvafiq məsələlər birtərəfli qaydada həll oluna bilməz, yalnız tərəflərin razılığı əsasında nəticəyə gəlinməlidir. “Ona görə də biz “artsax” xalqının maraqlarını maksimal şəkildə qorunması üçün bütün imkanlarımızı istifadə edəcəyik. Əlbəttə, ehtiyatlı olmaq lazımdır, ancaq aydındır ki, Ermənistan və “artsax” hakimiyyətləri bunun baş verməməsi üçün hər şey edəcəklər”, deyə erməni baş naziri növbəti dəfə və həyasızcasına sərsəmləyib.

Belə görünür ki, Azərbaycan bundan sonrakı müddətdə də bənzər düşüncələrdə qalan erməni tərəflərinə güclü qulaqburmaları verməkdə davam etməli olacaq. Gorus-Qafan yolundakı proseslər isə necə deyərlər, Bismillahıdır!

Suveren ərazilərimizdəki özbaşınalıqları bundan sonra davam etməyəcək, Azərbaycan dövləti buna imkan verməyəcək!

Yeri gəlmişkən, Azərbaycana vergi ödəməkdən yayınmaqdan ötrü artıq İran tərəfi Ermənistan üçün xüsusi bir yol çəkəcəyini bəyan edib. İran mətbuatı Norduz gömrük idarəsinin direktoruna istinadən yazır: "Azərbaycan Respublikası İran-Ermənistan tranzit sürücülərindən milyonlarla tümən yol haqqı toplayır. Biz bu problemi həll etmək üçün Ermənistana yeni bir yol çəkəcəyik”.

Əslində, haradan, hansı istiqamətdən Ermənistana alternativ yol çəkməsi İranın öz işidir və qonşu İran da əvvəl-axır anlamalıdır ki, son 30 ildə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətləri, yollarımızdan tranzit kimi istifadə edən yükdaşıma qanunsuzluqları, suveren ərazilərimizdəki özbaşınalıqları bundan sonra davam etməyəcək, Azərbaycan dövləti buna imkan verməyəcək!

Paşinyanın axmaq iddialarına gələndə isə artıq onun, həqiqətən də, ciddi müalicəyə ehtiyacının yarandığını deyə bilərik. Necə deyərlər, növbəri iynəsinin vaxtı çatıb, özü də çoxdan!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə