”Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi ortaya çıxır" - POLİTOLOQ AÇIQLADI

“Azərbaycan, Türkiyə və Pakistan arasında xüsusi təyinatlıların təlimi əlbəttə ki, regionda gedən geosiyasi proseslər fonunda keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi vəziyyət bir o qədər qənaətbəxş deyil: “Türkiyə və Rusiyanın ortaq maraqları burada toqquşur. Bununla bərabər Türkiyə burada daha yeni bir format yaradaraq regionda Rusiyanın dayaqlarını zəiflətməyə çalışır. Bunu həmçinin Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı kimi dəyərləndirmək olar. Düşünürəm ki, hazırda keçiriləcək bu təlimlər mütəmadi olaraq Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təmin edəcək. Azərbaycan-Türkiyə-Pakistan İttifaqı Ermənistana çox ciddi mesajdır. Bunu Ermənistana gözdağı kimi də qiymətləndirmək olar. Rusiya-Ermənistan birləşməsinə qarşı Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi ortaya çıxır. Ona görə də bu istiqamətdə götürdükdə təbii ki, Rusiya-Ermənistan birləşməsi artıq bizim üçün təhdid olmayacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə