"Füzuli aeroportu bölgədə bütün Qarabağı əhatə edən aeroportdur" - DEPUTAT AÇIQLADI

"Füzuli aeroportunun açılması, həqiqətən, çox böyük və vacib infrastruktur layihədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Rasim Musabəyov bu barədə fikrini belə izah edib: "Füzuli aeroportu bölgədə bütün Qarabağı əhatə edən aeroportdur. Bu aeroport həm bölgənin, həm də turizmin inkişafı üçün olduqca vacibdir. Eyni zamanda onu da gizlətmək lazım deyil ki, ehtiyac yarandığı halda hava qüvvələrinin o aeroportu istifadə edib, Azərbaycanın mövqelərinin gücləndirməsi üçün də bu aeroport olduqca vacibdir. Bunların hamısı strateji bir layihədir. Bu cür layihənin qısa bir müddətdə həyata keçirilməsi Azərbaycanın bu aeroporta nə qədər dəyər verdiyini göstərir. Bu aeroportun inşasında bizim qardaş ölkəmiz olan Türkiyənin də rol olub".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə