"Azərbaycan heç bir güzəştə getmədən öz etirazını bildirməlidir" - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun fəaliyyəti bizi qane etmədi. Separatçılarla səmimi münasibəti, Laçın dəhlizi vasitəsilə Azərbaycan torpaqlarına humanitar yardım adı ilə qanunsuz silah-sursatın, silahlı dəstələrin keçirilməsinə şərait yaratması təbii ki, Azərbaycanda birmənalı qarşılanmadı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Çingiz Qənizadə deyib.

Ekspertin sözlərinə görə, onlar tapşırıq yerinə yetirən şəxslərdir: “Sülhməramlıların yeni təyin olunmuş komandanı Mixail Kasabokov separatçılarla işləmək təcrübəsinə malik şəxsdir. Məhz, buna görə onun fəaliyyətindən ürəkaçan heçnə gözləmirəm. Hesab edirəm ki, proseslər daha da gərginləşəcək. Muradov ilk dövrlər olması ilə əlaqədar ehtiyatlı hərəkət edirdi, lakin indi onlar bir qədər də arxayınlaşıblar. İran maşınlarının qanunsuz şəkildə Azərbaycan ərazilərinə buraxılması nə deməkdir? Onlar buna nə cavab verəcək? Azərbaycan Rusiya hökumətinə və sülhməramlılara bununla bağlı öz etirazlarını bildiriblər”.
Ç.Qənizadə vurğulayıb ki, Hadrutda ələ keçirilən 62 erməni terrorçusu Ermənistan ərazisindən Azərbaycana keçirilmişdi və onları da sülhməramlılar buraxmışdı: “Kasabokobun fəaliyyətində də razılaşmaya uyğun addımlar atılacağını gözləmirəm. Hesab edirəm ki, Azərbaycan heç bir güzəştə getmədən öz etirazını bildirməlidir. Necə ki, dünən Rusiyaya və onun sülhməramlılarına öz etirazımızı bildirdik. Biz bu məsuliyyəti tam mənası ilə sülhməramlıların üzərinə qoysaq uduzmuş olarıq. Kasabokov da Muradovun sələfidir və Moskvadan tapşırıqlar necə veriləcəksə, o cür də icra edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB