Yadınızda olar, bir müddət bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı tikinti quruculuq işlərinə diqqət çəkən erməni jurnalist Bella Lalayan öz erməni səlahiyyətlilərinə üz tutaraq belə yazmışdı: “30 il ərzində Xankəndidə tunelimiz, asfaltımız olmadı. İndi Füzuli - Şuşa tunelinə baxın, yerə girin”.
O gün isə Lalayan şəxsi “Facebook” səhifəsində Azərbaycanın dilbər guşəsi olan Kəlbəcərdə tikilən ümumi uzunluğu 15 km-ə çataşaq tunellər barədə video yayımlayaraq yazıb: “...sən onların tikdiyi tunelini diaqramında hansı şəkilin olduğunu anlaya bilirsənmi? Onlar bizi hətta yerin altı ilə də əhatə edirlər”.
Xatırladaq ki, bu gün Azərbaycan Murovdağ silsiləsinin altından 11.7 km-lik tunelin tikintisini aparır. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə Kəlbəcərdə ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
...Deyirəm, bunu Bella Lalayan yox, deyək elə bir başqa erməni oxuyub bağrı çatlamasın neyləsin?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB