YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.

Toplantıda YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Daha sonra isə partiya rayon təşkilatlarına sədrlər təyin olunub.

Toplantı YAP İdarə Heyətinin üzvlərinin çıxışları ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə