“Əli Əliyev kimilərinin yersiz hərəkətləri onların xarakteridir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Son vaxtlar müxalifət düşərgəsində yaranan boşluğu doldurmaq üçün müxalifətdə olan bəzi şəxslərin siyasi şoular yaradıb, cəmiyyətə çaşqınlıq yaradan bir mövqe ortaya qoymaq istəkləri baş tutmayacaq. Yəni Əli Əliyev kimi boşboğazların əhalini vaksin vurmamağa çağırmaları alınmayacaq. Çünki hər kəs dövlətimizin sağlamlığın qorunması istiqamətində gördüyü tədbirləri başa düşür və dəyərləndirir”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün dünya ölkələri bu virusla mübarizə aparır: “Müxalifət təmsilçilərinin bu cür yersiz hərəkətləri onlara hansı bir siyasi divident qazandırmayacaqdır. Onlar əhalini vaksin vurmaqdan çəkindirməklə ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaq istəyirlər. Ancaq qətiyyətlə deyə bilərəm ki, müxalifət təmsilçilərinin nə etməsindən və nə deməsindən asılı olmayaraq onların heç vaxtı Azərbaycanla bağlı xoşagəlməz planları baş tutmayacaq. Yaxşı olardı ki, onlar bu cür yersiz hərəkətlərindən əl çəksinlər. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, Ə.Əliyev kimilərinin yersiz hərəkətləri onların xarakteridir. İstəkləri də xarici qüvvələrin diqqətini özlərinə cəlb etməkdir. Uzun illərdi ki, eyni formada fəaliyyət göstərirlər və yenə də həmin fəaliyyəti davam etdirirlər. Bunların ictimaiyyət arasında heç bir dayaqları yoxdur. Yəni hər hansı bir formada etimad qazana bilmirlər. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifətin nə isə bir uğur qazanması mümkün deyil. Ümumiyyətlə, demək olar ki, müxalifətçilər bu cür şeylərdən əl çəkməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB