Putin və Lukaşenko nəyi müzakirə edəcəklər?

Putin və Lukaşenko nəyi müzakirə edəcəklər?

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko 9 sentyabr görüşündə uzun illərdir üzərində işlənilən inteqrasiya məsələlərini müzakirə edəcəklər. SİA xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib.

"Hər dəfə inteqrasiya prosesləri prezidentlər, Putinlə Lukaşenko arasında ikitərəfli təmasların gündəminin əsas mövzularından birinə çevrilir. Şübhə etmirəm ki, bu dəfə də belə olacaq və inteqrasiya prosesləri sabah müzakirə olunacaq", deyə Peskov bildirib.

Onun sözlərinə görə, bu, çox mürəkkəb və çoxşaxəli bir prosesdir, uzun illərdir üzərində intensiv işlər aparılır.
"Hər kəs hər şeyin daha sürətli getməsini istəyir, amma yenə də vəziyyət ayıq-sayıq qiymətləndirilir və bu mövzuda bəzi irəliləyişləri hiss etməmək ağılsızlıq olar", deyə o əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə