"Bütün bunlar Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir" - DEPUTAT ŞƏRH ETDİ

"Bütün bunlar Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir" - DEPUTAT ŞƏRH ETDİ

"44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə məhz onun düzgün qurduğu strategiya nəticəsində 30 il müddətində işğal altında qalan torpaqlarımız erməni vandallarından azad olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, düşmənə diz çökdürülərək kapitulyasiya aktına imza atmağa məcbur oldu: "Bununla da 10 noyabr üçtərəfli bəyanat imzalandı. Eyni zamanda bəyanata uyğun olaraq digər ərazilərimiz də işğaldan azad olundu. Erməni terrorçuları Azərbaycanın əzəli torpaqlarından qovularaq tarixi ədalət bərpa olundu. Əlbəttə ki, 10 noyabr üçtərəfli imzalanan bəyanatdan irəli gələn digər 11 yanvar 2021-ciil tarixli üçtərəfli sənəd imzalandı. Vətən müharibəsi bitəndən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng, böyük, misli görünməmiş yenidənqurma və bərpa işlərinə başladı. Əlbəttə ilk növbədə burada təhlükəsizlik məsələləri həll olunmağa başladı. Bildiyimiz kimi Ermənistan tərəfindən Azərbaycan ərazilərinə xeyli sayda minalar basdırılıb. Müharibə bitəndən dərhal sonra minlardan təmizlənmə prosesi başlayıb və bu gün də bu işlər davam etdirilir. Digər bir tərəfdən burada böyük yenidənqurma və bərpa işlərinə start verildi. Şuşa şəhəri cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olundu".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq Şuşa şəhərinin, o cümlədən Ağdam rayonunun Baş planları təsdiqlənib: "Burada ilk növbədə böyük infrastruktur layihələri həyata keçirilir. Kilometrlərlə avtomobil, nəqliyyat yolları çəkilir, dəmir yolları xətləri çəkilir. Eyni zamanda Azərbaycanın hərbi mövqeləri burada möhkəmləndirilir və sərhədlərimizin müəyyənləşdirilməsi istiqamətində böyük işlər görülür. Əslində 10 noyabr 2020-ci il tarixdən sonra bir daha dünya gördü ki, Ermənistan misi görülməmiş vəhşiliklər vandallıqlar nümayiş etdirirlər. Onlar təkcə xalqımıza qarşı soyqırımlar törətməyiblər, bütövlükdə şəhərlərə, kəndlərə qarşı, infrastrukturumuz qarşı, ekologiyamıza qarşı misli görülməmiş vəhşiliklər törədiblər. Digər bir tərəfdən isə 9 ay müddətində tolerant bir xalqın multikultural, güclü və qüvvətli bir ölkəni görürlər. Bütün bunlar əlbəttə ki, həm Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir, həm də Azərbaycan xalqı ilə ermənilərin arasında böyük bir fərq olduğunu göstərir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə