“Əli silahlı separatçılar hədəflərimiz olmalıdır” POLİTOLOQDAN SƏRT TƏPKİ

“Əli silahlı separatçılar hədəflərimiz olmalıdır” POLİTOLOQDAN SƏRT TƏPKİ

Ermənistanın təxribatlar törətməkdə məqsədi öz hakimiyyətini cəmiyyətə göstərməkdir ki, guya tam məğlub olmayıblar, müqavimət göstərirlər və guya Azərbaycanın şərtlərini qəbul etməyəcəklər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, bizim şərtlər isə bəllidir, Zəngəzur dəhlizi açılmalıdır, sülh sazişi imzalanmalıdır, sərhədlər müəyyənləşməlidir, onlar isə bütün bunlardan qaçırlar və bu, 10 noyabr sazişinə tamamilə ziddir.

"Çox təəssüf ki, Rusiyada da bəlli siyasi mərkəzlər Ermənistanın bu siyasətinə himayə edirlər. Əgər əvvəllər sərhəddə pozuculuqla məşğul idilərsə, indi Qarabağda da biz onların pozuculuq əməlləri barədə xəbərlər alırıq ki, onlar təxribatlar törədirlər, Azərbaycan tərəfə, Şuşa, Kəlbəcər istiqamətində atəş açırlar. Amma, əvvəl elə bilirdilər ki, Azərbaycan cavab atəşi açmayacaq, çünki rusiyalı hərbçilər var bölgədə. Lakin bu belə deyil. Çünki müdafiə naziri Zakir Həsənov da birmənalı vurğuladı ki, Rusiya hərbçilərin arxasında gizlənən separatçılar da bizim hədəflərimizdir və təxribat törədirlərsə, onlar da vurulacaqlar. Mən hesab edirəm ki, əslində, təxribatları da gözləmək lazımdır. 10 noyabr bəyənatına zidd olaraq Qarabağdakı erməni separatçılarının qarşısı alınmayıb. Deməli, onların postları, əli silahlı separatçılar bizim hədəflərimiz olmalıdır. Bu istiqamətdə biz hədəflərimizi gücləndirməliyik, Türkiyə ilə ittifaqı gücləndirməliyik. Nə yaxşı ki, artıq Laçında da Türkiyə ilə birgə hərbi təlimlər keçib və bu, həm Ermənistana, həm də Rusiyaya mesajdır ki, biz bölgədə sülh istəyərkən siz təxribatlar törədirsizsə, bu təxribatlara kifayət qədər cavab verəcəyik. Amma bu təxribatlar sonda ona gətirib çıxaracaq ki, bölgədə vəziyyət gərginləşəcək və biz məcbur olacağıq ki, kiçik antiterror əməliyyatı həyata keçirək. Əlbəttə, bu müharibə olmayacaq, çünki, müharibə Ermənistanı taqətdən salıb və müharibə edəcək halları yoxdur. Amma, kiçik antiterror, ünvanlı antiterror əməliyyatı gələcəkdə nəinki mümkündür, hətta buna ehtiyac da var”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə