“Erməni təxribatları heç də uzun çəkə bilməz” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Yeni yaranmış reallıqlara uyğun da yeni əməkdaşlıq platformaları təklif olundu. Eyni zamanda, 10 noyabr 2020-ci il tarixli imzalanan üçtərəfli bəyanat və ondan irəli gələn 11 yanvar 2021-ci il tarixli sənədə əsasən kommunikasiyaların açılması, xüsusən də, “Zəngəzur dəhlizi”nin açılması, sərhədlərinin delimitasiyası və demarkasiyası işləri aparılmalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Ermənistanda Vətən müharibəsindən sonra baş verən siyasi, iqtisadi, sosial, hərbi və digər sahələrdə hökm sürən böhran və bu böhranın günbəgün dərinləşməsi Ermənistanda mövcud ictimai siyasi vəziyyətin nə qədər ağır olduğunu bir daha nümayiş etdirir: “Eyni zamanda, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə süni əngəllər törətməkdə davam edir. Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca Ermənistan tərəfindən törədilən təxribatlar, kommunikasiyaların açılmasına süni maneələrin törədilməsi, əlbəttə ki, Ermənistanın daxilindəki vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. İlk növbədə, Ermənistandakı daxili vəziyyətdən erməni xalqının bu təxribatlara, yəni sərhəddə baş verən hadisələrə köklənməsinə istiqamətlənir. Digər bir tərəfdən əlbəttə ki, Ermənistana müəyyən dairələr hələ də stimul verməkdədir. Zaman-zaman artıq keçmişdə qalmış terminləri ortalığa atmaqla çalışırlar ki, öz geosiyasi maraqlarını həyata keçirsinlər. Amma artıq Azərbaycan bölgədə yeni reallıq yaradıb və bu reallığa uyğunda Cənab Prezident, Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Ermənistan istəsə də, istəməsə də üçtərəfli bəyanatın icrası təmin olunacaq, “Zəngəzur dəhlizi” açılacaq, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək. Bu gün Ermənistanın yeganə çıxış yolu da məhz Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Bu günlərdə erməni təxribatlarının qarşısını almaq və Azərbaycan bir daha Ermənistana öz gücünü göstərmək üçün Gorus-Qafan yolunu bağlanması kifayət etdi ki, Ermənistanda ümumilikdə yol-nəqliyyat infrastrukturu tamamilə iflic vəziyyətinə düşsün”.
Mövcud reallıqlardan çıxış edən millət vəkili qeyd etdi ki, Ermənistanın bu gün yeganə çıxış yolu məhz Azərbaycanla sülh müqaviləsi imzalamaq, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımaq və ondan sonra Azərbaycandan kommunikasiyaların açılmasını xahiş etmək: “Düşünürəm ki, bugünkü təxribatların törədilməsi birbaşa Ermənistanın bu gün ki ağır, rəzil durumda olmasının təzahürüdür. Yəni Paşinyanın çıxılmaz durumda olduğunun bir təzahürüdür və onların növbəti erməni hiyləsidir. Bununla sərhədlərin delimitasiyası və demarkasiyasına, kommunikasiyaların açılmasına süni əngəllər törətmək məqsədi daşıyır. Ancaq bu kimi erməni təxribatlar heç də uzun çəkə bilməz. Azərbaycan güclü, qüdrətli dövlətdir. Onlar dəmir yumruğun dadını artıq 44 gün ərzində dadıblar. Azərbaycan növbəti dəmir yumruğu işə salıb, ermənilərin başını əzməyə hazırdır və qadirdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB