Əsir və itkin düşmüş şəxslərə diqqət artıb - Ariane Bauer

Əsir və itkin düşmüş şəxslərə diqqət artıb - Ariane Bauer

İkinci Qarabağ müharibəsi əsir, itkin, girov düşmüş şəxslərə diqqəti bir daha artırdı və itkin düşmüş şəxslərin ailələri öz yaxınları barədə xəbərlər gözləyirlər. SİA-nın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Ariane Bauer deyib.

O bildirib ki, Qızıl Xaç Komitəsi də əsirlər barəsində məlumatları dəqiqləşdirmək və onların ailələrinə məlumatları çatdırmaq üçün əlindən gələni edir: “Biz yenə də dövlətlərə dəstəyimizi göstərəcəyik ki, o ailələrə məlumatları çatdıraq. Bundan sonra da əsir və itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi üçün dövlətlərə dəstək göstərəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə