"Azərbaycanın maraqlarını da qorumağa çalışacaq" POLİTOLOQ AÇIQLADI

"Azərbaycanın maraqlarını da qorumağa çalışacaq" POLİTOLOQ AÇIQLADI

"Ölkə başçısı cənab İlham Əliyev bir neçə gün öncə BMT-nin yeni rezident üzrə əlaqələndiricisi Vladanka Andreyevanı qəbul etdi. Həmin zaman ölkə başçısı bir çox məsələlərə toxundu. Xüsusən də, BMT Azərbaycan əlaqələrinin tarixinə toxundu. Azərbaycan və BMT arasındakı əlaqələrin hansı istiqamət üzərində inkişafına toxundu". Bunları SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Azərbaycanın BMT-yə ilk qəbul olduğu illəri cənab Prezident xatırlatdı. Eyni zamanda, BMT TŞ-nın birinci Qarabağ savaşından sonra Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə bağlı qətnamələrinə toxundu. Ümumiyyətlə, Azərbaycan BMT əlaqələrinin tarixinə qısa nəzər salaraq bəzi məsələləri xatırlatdı. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən son dövrlərdə Covid-19 ilə mübarizə sahəsində Azərbaycanın BMT-yə verdiyi dəstək, BMT çərçivəsində digər ölkələrə verdiyi dəstəkdən söhbət açıldı deyən politoloq vurğuladı: "Eyni zamanda burada toxunulan əsas məsələlərdən biri də UNESCO məsələsi olub. Ölkə başçısı cənab İlham Əliyevin BMT-nin digər bir orqanı olan UNESCO-nun fəaliyyəti ilə bağlı narazılıqlarını dilə gətirməsi hesab edirəm ki, olduqca vacib məsələdir. Azərbaycan tərəfi UNESCO-ya dəfələrlə, hələ ikinci Qarabağ savaşı baş verməmişdən öncə müraciət etmişdi ki, gəlin araşdırın, baxın ermənilərin Qarabağ ərazisində etdiyi vəhşiliklər, vandallıqlar, Azərbaycanın tarixi-mədəni abidələrinə vurulan ziyan, mədəni irsi tamamilə sıradan çıxarması ilə bağlı öz mövqeyinizi bildirin. Təbii ki, UNESCO bu təklifləri mümkün qədər qulaqardına vermişdi. Amma indi ikinci Qarabağ savaşından sonra həmin ərazilərə özlərinin səfər etmək istəməsi bizim tərəfdə təəccüb doğuran məsələdir. Hesab edirəm ki, ölkə başçısı bunu yerində qeyd edərək deyib ki, UNESCO fəaliyyətində əgər,doğrudan da, bitərəfliyi qoruyurdusa, ədalətliydisə və doğruydusa, o zaman elə məhz işğal altında olan zaman Azərbaycan torpaqlarına gəlib həmin əraziləri yoxlamalı idi. Azərbaycan mədəni irsinin nə dərəcədə qorunması və yaxud da dağılmasını görməli idi. Bütün bunları qeyd edib hesabatlarını hazırlamalı idi. İndi artıq o ərazilər Azərbaycanın özünə qayıdıb. Məsələlərin bu hala gəlməsi beynəlxalq təşkilatların məsuliyyətini artırır. Ölkə başçısı orda baş verən məsələlərlə bağlı bəzi faktları qeyd etməklə, həm də bildirdi ki, biz baş verən prosseslərlə yaxından xəbərdarıq, sadəcə olaraq, sizin addım atmağınız gözləyirik. Əgər əməkdaşlıq istəyirsizsə, bu doğru əməkdaşlıq olmalıdı. Təkcə birtərəfli addımlar atılmamalıdır. Hər iki tərəf də addım atmalıdır. Bu, olduqca vacib mesajdır və hesab edirəm ki, bundan sonrakı mərhələdə istər beynəlxalq təşkilatlar, istər digər dövlətər olsun hər halda Azərbaycanın atdığı addımlarda Azərbaycanın maraqlarını da qorumağa çalışacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə