Ermənilər dünyada vəhşi xalq kimi tanınır TƏHLİL

Ermənilər dünyada vəhşi xalq kimi tanınır TƏHLİL

Mövcud faktlar və reallıqlar təsdiq edir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ məsələsinin 1988-ci ildə gündəmə gəlməsi daha çox SSRİ-nin dağılmasına xidmət edən bir layihə idi. Bu layihənin əsas məqsədi SSRİ-ni dağıtmaq üçün separatçılıq mövqeyindən istifadə etdilər. O zaman deyirdilər ki, Mirzə Xəzər Azərbaycanın dərdini çəkir. Əslində, belə deyildi. Onun əsas məqsədi, yəni “Azadlıq” radiosunda 1918-1920-ci illərdə baş vermiş hadisələri dilə gətirməkdə məqsədi hər iki tərəfi (Azərbaycan və Ermənistan tərəflərini) qızışdırmaq idi. Bu, faktdır ki, Qarabağ münaqişəsini Rusiya ssenariləşdirdi. Bu günə qədər bu ssenarinin arxasında Rusiya durur. Qərb isə Qarabağ münaqişəsinə ikili yanaşma nümayiş etdirir. Münaqişə həll edilərsə, Azərbaycan regionun lider dövlətinə çevriləcək. Ona görə də 44 günlük Vətən müharibəsinə qədər Qarabağ rnəsələsinin həll olunmamasında bəzən RF ilə ABŞ-ın maraqları üst-üstə düşürdü. Burada xristian sevgisi də var. İranla Fransanın (baxmayaraq ki, bunlar biri-birinə düşmən dövlətlərdir) Azərbaycana qarşı sərgilədikləri mövqe də eynidir. Qarabağ probleminin yaranması ictimai siyasi baxımdan araşdırılanda, aydın olur ki, Qarabağ siyasi qurbandır. Bu siyasi qurbanın ilkin ssenarisi ABŞ-da hazırlanmışdırsa, sonrakı davam ssenarisi Moskvada həyata keçirildi. Hər iki dövlət ATƏT-in Minsk Qurupunun həmsədr dövlətidir. Minsk Qrupunun digər həmsədr dövləti olan Fransa Ermənistanın yanında olmaqla öz maraqlarını təmin edir. Yenə də qayıdaraq o məsələyə vurğulamaq lazımdır ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləşdirməsi yanlış idi. O zaman ideya və seçim ondan ibarət olmuşdur ki, münaqişəni beynəlmiləlləşdirməklə Ermənistanı diz cökməyə məcbur etmək olar. Bunun üçün hətta Kəlbəcərin müdafiəsinin zəif təşkil olunmasına da maraq göstərildi. Nəticədə, Kəlbəcər işğal edildi. Amma real fakt ondan ibarətdir ki, Kəlbəcəri və digər ərazilərimizi erməni dövləti işğal edib (1993-cü il aprel ayının 30-da Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib). İşğalı Rusiyanın yardımı ilə Ermənistan həyata keçirib. Bu, həqiqətdir. O da həqiqətdir ki, Kəlbəcərin işğal edilməsi Azərbaycandakı hakimiyyətin səriştəsizliyinin nəticəsi idi. O zaman AXC hakimiyyətinin prosesləri proqnozlaşdırıb, ondan nəticə çıxara bilməməsi, xüsusilə də, təhlükəsizlik sahəsində cavabdeh olan şəxslərin siyasi səriştəsizliyi Kəlbəcərin işğalına gətirib çıxardı. Onların beynəlxalq siyasətdə buraxdıqları kobud səhvləri Azərbaycanın faciəylə üzləşməsinə səbəb olub.

AXC hakimiyyətinin yanlış siyasəti Azərbaycana fəlakətlər gətirdi

Rusiyanı düşmən elan etmək, Cənubla Şimali Azərbaycanı birləşdirmək, Çinə bayraq sancacaqları barədə anormal fakir səsləndirmək, Özbəkistan rəhbərliyini türkçülüyə bağlılığı olmamaqda günahlandırmaq və bu kimi qeyri-ciddi bəyanatlar vermələri, nəhayətdə, dünyanı "Azərbaycanın atom bombası var" deyə hədələmələri Azərbaycanın regionda izolyasiya olunmasına gətirib çıxardı. Bir yandan Ermənistan torpaqlarımızı işğal etmək üçün hücuma keçir, o biri tərəfdən Rusiya, Özbəkistan və digər dövlətlərlə düşmənçilik münasibətləri yaranır. Bir sözlə, AXC hakimiyyəti Azərbaycanı arzuolunmaz problemlərlə üz-üzə qoymuşdu. Bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləşdirmək, demək olar ki, Azərbaycanın torpaqlarının daha geniş ərazidə işğalına gətirib çıxardı. Ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupuna həvalə olunmaqla problem üçpilləli problemə çevrildi. Yəni artıq onun həlli, lokal və regional deyil, qlobal münaqişəyə çevrildi. Bu halda isə problemin həllinə nail olmaq üçün Rusiya, İran, Türkiyə, Fransa, ABŞ, Avropa Birliyi və NATO-nun maraqları əhatə olunmalıdır. Fikir verin, nə qədər mövqelər və maraqlar üst-üstə düşməlidir ki, Dağlıq Qarabağ problemi həllini tapsın. Halbuki 1992-ci ildə bu problem daha dar çərçivədə həll oluna bilərdi. Necə ki, sonrakı mərhələlərdə yaranan və heç də Dağlıq Qarabağ problemindən ağrılı olmayan problemləri daxili məsələ olaraq həll edildi.

1993-cü ildə Şimalda “Sadval”, Cənubda isə qondarma “Talış-Muğan Respublikası” məsələsi meydana gələndə, Ulu Öndər Heydər Əliyev çox böyük ustalıqla bu məsələni həll etdi. Lakin Dağlıq Qarabağ separatçılarına qarşı Elçibəy hakimiyyəti bu cür addım atmadı. Elçibəy hakimiyyətinin ən böyük günahı o oldu ki, onlar bu məsələni beynəlmiləlləşdirdilər. Bu da onların siyasi səriştəsizliyinin nəticəsi idi. Dağlıq Qarabağ məsələsini beynəlmiləlləşdirmək böyük səhv idi. Azərbaycan ordusu Xankəndinin 15 km yaxınlığında idi və Kəlbəcərə yol açılmışdır. 1993-cü ilin yanvar ayının 15-nə qədər ərazilərimiz işğaldan azad olunurdu. Həmin zaman orada, hətta rus qoşunları da vardı. Lakin Rusiyanın vəziyyəti ağır olduğundan, ermənilərə heç bir köməklik göstərə bilmirdi. Fevral ayında Xalq Cəbhəsi bəyanat verdi və həmin bəyanatdan sonra onlar ordunu geri çəkdilər. Bütün bu məsələlərin üstündən 20 il vaxt keçir. Niyə bu məsələlərə aydınlıq gətirilmir? Niyə tarixçilərimiz susur? Bütün bunlar onu deməyə əsas verir ki, o zamankı AXC-Müsavat hakimiyyəti bununia millətə ziyan vurmuş oldu və bu, bağışlanmazdır. Müharibə bir dövlətin başqa dövlətə elan etdiyi rəsmi hüquqi aktdır. Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq baş qaldırmışdı və bu məsələni daxili məsələ olaraq asanlıqla aradan qaldırmaq olardı. Əgər həmin zaman hakimiyyətdə olanlar Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, bu problemlər baş verməyəcəkdi. Amma AXC hakimiyyəti belə bir addım atmadı. Yenə qayıdaraq o ağrılı məsələyə. Yəni, Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləşdirmələri AXC hakimiyyətinin səriştəsizliyinin nəticəsi idi. Onları həm də aldanıldıqlarını düşünürlər. Amma bütan hallar da səhvlər bağışlanmazdır. Yaddan çıxarmaq olmaz ki, 1948-ci ildə İsrail və Fələstin dövlətlərinin yaradılması üçün Fələstinə 60, İsrailə isə 40 faiz ərazi verilirdi. Bununla bağlı BMT-nin qətnaməsi də vardı. Fələstinlilərin səhvi nəticəsində torpaq sərhədləri 60 faizdən 25 faizə endi. Çünki fələstinlərin səhvindən istifadə edən İsrail müharibə yolu ilə Fələstin torpalarını işğal etdi. Hələ də İsrail işğal etdiyi Fələstin torpaqlarını azad etməyib. Baxmayaraq ki, BMT Təhlükəsiziik Şurası bir necə dəfə işğal edilən Fələstin torpaqlarının azad edilməsi haqqında qətnamələr qəbul edib. AXC hakimiyyəti bunu bilir və görürdü. Təcrübəsizlikdən, səriştəsizlikdən millətə sağalmayacaq yara vururdular. Bu isə bağışlanmazdır. Qanunvericilikdə də var. Qanunu bilmədən cinayəti törətmək heç kəsi cəzadan xilas etmir. Bunu Elçibəy hakimiyyəti bilməli idi. Bilmirdisə, niyə prezident seçilməyə səy göstərirdi? Nəzərə almaq lazımdır ki, 1993-cü ilin fevral ayına qədər Azərbaycan Dağlıq Qarabağın 60 faizinə tam nəzarət edirdi. Keçmiş Hadrut rayonunun cəmi bir kəndi erməni işğalında qalmışdır. Əgər əvvəllər Hadrutla Ermənistan arasında məsafə 15 km idisə o, 50 km çatdırıldı. Bütün Ermənistana yaxın olan sərhəd kəndləri azad edildi. Aparılan uğurlu hücumun qarşısı birdən birə dayandırıldı. Niyə? Bax, bu sualın cavabını hələ də AXC-nin hakimiyyətdə olmuş nümayəndələri bu günə qədər cavab verməyiblər.

XOCALI SOYQIRIMINI DÜNYA MİQYASINDA TANIDA BİLİRİKMİ?

Dünya yaranandan bu günədək soyqırımı hallarına çox rast gəlinib. Xüsusən, baş verən soyqırımlar müharibələrə, daxili etnik və dini toqquşmalara, müstəmləkə imperiyalarının yaradılmasına xas olan əlamətdir. Orta əsrlər tarixində müstəmləkə siyasəti aparan şahlıqlar insanlara qarşı ən qəddar cinayət üsullarından istifadə etməkdən çəkinməmişlər. Bununla digər xalqların da gözlərini qorxutmaq və müqavimət niyyətində olan əhalini qeyri-şərtsiz təslim olmağa vadar etmək olub. Tarixi mənbələrə əsaslanaraq, demək olar ki, Amerika aborigenlərinin soyqırımı bəşər tarixində ən genişmiqyaslı soyqırımı hadisəsidir. Məhv edilmiş insanların sayı 10 milyonlarladır. Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750000 nəfər təşkil edirdi. Lakin 1911-ci ildə onların sayı cəmi 31000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan və aclıqdan həlak oldu. Almanlar tərəfindən Namibiyanın yerli xalqlarının məhv edilməsi nəticəsində 65000 xerero (onların 80 faizi) və 10000 nama (onların 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqlarının məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004 ildə Almaniya hakimiyyəti Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi. XX əsrin ən səs-küylü genosid faktlarına nasist Almaniyası tərəfindən yəhudilərin məhv edilməsini (Xolokost), almanların tərtib etdiyi "Ost planı"nı, İkinci Dünya müharibəsi zamanı Paveliçin xorvat rejimi tərəfindən serblərin məhv edilməsini, Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətləri (müharibə bitdikdən sonra müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində məhkəmə prosesləri keçirilmiş və onların 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir), 1975-1979 illərdə Pol Pot və İyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini, 1994-cü ildə Ruandada baş vermiş soyqırımını (bunun nəticəsində 800 minə yaxın insan həlak olmuşdur), 1995-ci ildə Srebrenisada Bosniya müsəlmanlarının Bosniya serbləri tərəfindən kütləvi qırğınını, Darfurda yerli əhalinin soyqırımını (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və s. aid etmək olar. Qəbul edilən qərarlara və yuxarıda qeyd olunan prinsiplərə əsasən, demək olar ki, ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bötövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımıı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqınmı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalının Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

XOCALI FACİƏSİNİN SOYQIRIMI CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ NƏTİCƏLƏRİ

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə bağlı müəyyən etmişdir: 1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır. 2. Cinayət tərkibi təkcə soyqırımı aktının törədilməsi deyil, həm də soyqırımı törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırımı törədilməsinə qəsd və soyqırımında iştirakdır. 3. Soyqırımı törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir. 4. Soyqırımı cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir. 5. Rəhbərlər soyqırımı cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar. 6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir. 7. Soyqırımı cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir. 8. Soyqırımı cinayəti tərətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir. Bu gün Ermənistanın işğalçı siyasətinə məruz qalan bir milyondan çox azərbaycanlı ağır şəraitdə yaşayır - onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan digər yerlərdə sığınacaq tapmışlar. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin apreiində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərir və bununla da beynəlxalq birliyə hörmətsizlik göstərir. Dağlıq Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir. Xatırlamaq lazımdır ki, Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Təbii ki, bu cinayət cəzasız qalmayacaq. BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratmışdır. Bu tribunalın əsasnaməsi də təsdiq olunmuşdur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. Ümumilikdə 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xarvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.MIadiç və R.Karadiçə qarşı da irəli sürülmüşdür. İkinci Beynəlxalq Tribunal Ruanda (RBCT) üzrə yaradılmışdır. Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi. BMT Təhlükəsizlik Şurasının 1994- cü il noyabrın 8-də qəbul etdiyi 955 saylı qətnaməsinə əsasən, "1994-cü ilin 1 yanvarından 31 dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara görə məsuliyyət daşıyan Ruanda vətəndaşları tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qaydasında təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yarandı və onun əsasnaməsi təsdiq olundu.

Qeyd etmək yerinə düşər ki, ilk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudi əsilli polşalı hüquqşünas Rafael Lemkin Ispaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktına daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya etmişdir. 31 may 1996-cı ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış qərarla bu Konvensiyaya qoşulduğunu bəyan etmişdir. 25 iyun 1996-cı ildə isə Azərbaycan parlamenti bu qanunu ratifikasiya etmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımını, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Bu sənədi imzalamış dövlətlər soyqırımının qarşısını almaq üçün tədbirlər görmək və ona görə cəzalandırmaq öhdəliklərini öz üçərlərinə götürmüşlər. Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı Qafqazda imperiyalar və ermənılərin Azarbaycan ərazilərinə köçürülməsi cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli poçüunluq yetirilməsi;

- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

- məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;

- belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması.

Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır.

Ümumiyyətlə, beynəlxalq hüquq ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin soyqırımı aktı olaraq beynəlxalq birlik və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tanınmasında hüquqi imkanlar mövcuddur. Təbii bu qərar verilsə, bir daha ermənilər dünya xalqları və dövlətləri tərəfindən vəhşi xalq kimi tanınacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə