“Zəngəzurun qərbi də, şərqi də bizim əzəli torpaqlarımızdır" - QHT SƏDRİ AÇIQLADI
“Cənab Prezidentin Laçın və Kəlbəcər rayonlarına səfəri nəinki Ermənistana, həm də Ermənistanın havadarlarına da bir mesaj idi”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, cənab Prezident bir daha qeyd etdi ki, bu torpaqlar bizim dədə-baba torpaqlarımızdır: “Zəngəzurun qərbi də, şərqi də bizim əzəli torpaqlarımızdır. Cənab Prezidentin səfəri zamanı bir daha ermənilərin vandal hərəkətlərini, işğalçılıq faktı nəticəsində torpaqlarımızı, kəndlərimizi yandırmalarını bir daha sadalamaqla dünya ictimaiyyətinə çatdırırdı ki, erməni faşizmini dəstəkləməkdən əl çəksinlər. Təbii ki, ermənilər qıcıq yaratmaq üçün provakasiyalar etmək üçün qəsdən atəşkəs rejimini pozurlar, Azərbaycan tərəfinə böhtan atırlar. Amma bütün bunlar mənasız addımlardır və uzağı görməyən siyasətin nəticəsidir”.
Çingiz Qənizadə sözlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistanın hərbi ordusu, bazası darmadağın olub: “Ermənistan başqa dövlətlərdən asılı kiçik bir dövlətdir. Ona görə də bu gün həmin təxribatları törətməklə heç nəyə nail ola bilməz. Torpaqlarımız işğaldan azad olunub. Ermənilərin məskunlaşdığı kiçik bir ərazidə ermənilər Azərbaycanın qayda-qanunlarını qəbul etməklə yaşaya bilərlər. Əks halda isə bir dövlətin ərazisində digər bir dövlətin yaranması qeyri-mümkündür. Amma inanmıram ki, həmin ərazilərdə ermənilər qalsın. Çünki belə bir mühasirə şəraitində heç bir ağlı başında olan şəxs bu ərazidə yaşaya bilməz”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB