Tarix yalanı sevmir… ŞƏRH

Torpaqları satan AXC-Müsavat hakimiyyəti həyasızcasını sosial şəbəkədən çağırış edirlər

Kimə, nəyə çağırış edirlər? Həyasızlıq bu qədər? Anlamalısınız ki, tarix yalanı sevmir. Əslində, bu gerçəklik həm də aksiomadır. Yəni lider xalqının maraqlarının təmin olunmasında xarizmatik keyfiyyətlərini ortaya qoymaqla, həm də iradəsini nümayiş etdirir – millətinə, dövlətinə xidmət iradəsini... Bu, tarixdir və tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir.

Ancaq bu gün müxalifət düşərgəsi deyilən dağıdıcı bir məkanda özlərini "siyasətçi" adlandıran "liderlər"də nə siyasət, nə də əxlaq var və xüsusilə də, dünyanın bu gün koronavirusla mübarizə apardığı zamanda dağıdıcı düşərgənin «müxalifət» adlandıran satqın və quldurları isə sosial şəbəkələrdə heç bir dövlət rəhbərinin etmədiklərini ölkəmizin Prezidentinin etdikləri və bu nailiyyətlərə şər-böhtan yağdırmaqla. Doğrudur, bu lənətlənənlər elə gönüqalıdırlar ki, 27 ildən çox müddətdir ki, arxivin zibilliklərində eşələnənlər bütün tüpürcəkləri belə götürürlər. Çünki onlar özləri başdan-ayağa kimi çirkaba bulaşmış viruslardır, danışıqları da iyrəncdir, vücudları da! Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmirlər. Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin dediyi fikri xatırlamaq yerinə düşər: "Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir".

Dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Bu bədbəxt ünsürlər gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı anti-təbliğat kampaniyası aparan erməni lobbisinin vasitəsinə çevrilməklə, məhz onların planı əsasında fəaliyyət göstəriblər. Artıq hər kəs bilir ki, dağıdıcı müxalifətin "mübarizə strategiyası" təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə, Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə "liderləri" zaman-zaman ermənilərə "qardaş" deyənləri daim müdafiə ediblər. Və ağı qara görmək, uğurlara kölgə salmaq, vətəni qrantlara satanlar bir defaktı unudurlar ki, tarixi geri qaytarmaq, nə də onu silmək mümkün deyil.

İiblisxislətli Əli Kərimli...

Özünü ənənəvi müxalifətin "lideri" qismində ictimai rəyə sırımağa cəhd edən AXCP sədri haqqında kifayət qədər satqınçılıq, xəyanət və mənəviyyata sığmayan digər amillərlə yanaşı, fərarilik də var. Bu günlərdə AXCP sədri Əli Kərimlinin sosial şəbəkədəki çıxışı dövlətçilik və xalq maraqlarına qarşı nə qədər düşmən fərd olduğunu bütün çılpaqlığı ilə sübuta yetirmiş olub. Daha dəqiq desək, Əli Kərimli dünyada yaşanan iqtisadi böhrandan, guya xalqın çətin güzəranından, müharibə veteranlarına dövlətin qayğısızlığından danışaraq, guya Azərbaycanın ən çox zərər çəkən ölkə olduğunu iddia edib və bir az da irəliyə gedərək, "çıxış yolunun" olduğunu bildirib. Bu yerdə ataların dediyi kimi, "utanmasan, oynamağa nə var ki". Satqınçılıq simvolu olan Əli Kərimlidə o qədər həyasızlığın dərəcəsi çoxdur ki... Öz partiyasını doğru-dürüst idarə edə bilmək gücündə olmayan, təşkilatının sıralarında baş verən istefaların qarşısını ala bilməyən birinin bu qədər həyasızcasına, necə deyərlər, «başından böyük» danışmasına səbəb nədir?

Bu, o Əli Kərimlidir ki, AXC-Müsavat cütlüyü 1992-ci ildə hakimiyyətə gələndə keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək öz fəallarına paylamışdı. Məhz bu faktor da belə deməyə əsas verir ki, AXCP sədri yaşadığı və fəaliyyət göstərdiyi bütün dövrlərdə xəyanət və satqınçılıqla yanaşı, həm də dələduzluqla da məşğul olub. Və «toyuq yuxusunda darı gördüyü» kimi, Əli Kərimli də öz röyalarında nə zamansa murdar məkri, qara xisləti sayəsində iqtidara yiyələnəcəyini düşünür. Hətta o qədər quduzlaşır ki, hakimiyyət rəhbərliyini belə, debata çağırmaqdan çəkinmir. Halbuki, debat olsa belə, təkcə yuxarıda sadalanan faktlar deyil, digər danılmaz sübutlar güllə kimi alnına vurula bilər. Çünki Əli Kərimli dünyaya gələn insanlar kimi deyil, yanlışlıqla "adam" qismində gələn iblisdir.

O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, milli satqınlıq nümayiş etdirən bu ünsürlərə Azərbaycan xalqı öz yerini göstərdi - tarixin zibilxanasıdır. Manqurtlaşmış «Vətən», «millət» deyən Ə.Kərimli kimilərin bəzi xarici dairələrin «zombi»ləşmiş «filial»ı kimi fəaliyyət göstərməsi zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Ancaq tarix unudulmur, geri qaytarmaq, nə də onu silmək mümkün deyil. Çünki Azərbaycanda xaos yaratmağa çalışan dağıdıcı müxalifət partiyalarının «lider»ləri öz antimilli əməllərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Çünki belə əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələdir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-sinin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanata Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirməməsi deyilənlərin təsdiqidir. Belə bir atalar sözü də var: «Düşməni başqa yerdə axtarmaq lazım deyil». Həmçinin belə bir deyim də var: «Xəyanət ölümdən betər bir şeydir və bunu, sadəcə, anlamaq lazımdır». Lakin bu əxlaqsız və mənəviyyatsız erməni çörəyi yeyənlər üçün xəyanət etmək ən adi bir məsələ olduğu kimi, anlamaqları isə mümkünsüzdür. Çünki Əli Kərimli kimilərin «anlaya» biləcək «başı» yoxdur.

Ancaq bu satqın və şərəfsiz Əli Kərimli kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Və bu gün sorosun tör-töküntüləri, çör-çöpləri isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər kimi ünsürlər xalq tərəfində tarixin zibil yeşiyinə atılanların tarix və zaman tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə